Monqol-Tatar Xaqanlığının indiki monqollara heç bir aidiyyəti yoxdur

 ​​​​
Tanınmış hüquqşünas, Qarabağ qazısı Vüqar Dadaşovun şanlı türk tariximizə dair yazısını təqdim edirik.
“Dünyaya hərb tarixinin möhtəşəm əsəri olan Monqol-Tatar Xaqanlığının indiki monqollara heç bir aidiyyəti yoxdur. Monqol-Tatarlar türk imperiyasıdır və bu tarix biz türklərin qurur yeri, möhtəşəmlik, yenilməzik, aliliyimizin təkzib edilməz sübutlarındandır. Biz türklər dünyanı lərzəyə gətirən, yer üzünün 3/2-nə sahiblik etmiş ən möhtəşəm 20 türk imperiyaları yaratmışıq, dünya xalqlarını 900 (doqquz yüz) il əsarətdə saxlayan və onlara ilk tək Allahlıq, əlifba, təqvim, mədəniyyət, dünyəvi elmlər gətirən soy kökə malikik.
Əvvəla qeyd edim ki, XIII əsrə kimi heç bir tarixi mənbədə, əlyazma da monqol sözünə rast gəlinmir. İndiki Monqolustan ərazisində tapılan arxeoloji hər bir tarixi eksponat, artefaq, daş kitabələr ancaq və ancaq türk dilinə və türk tayfalarına aiddir. “Monqol” sözü əslində türk mənşəli sözdür. Çinlilər şimalda yerləşən və böyük Çin səddi ilə ayrılan Böyük Türk Hun Xaqanlığını “menqu”, “monqol” adlandırırdılar. Əlavə olaraq xüsusi ilə qeyd edim ki, “monqol” sözü iki qədim türk söz birləşməsindən yəni “menqu” və “el” sözlərindən ibarət türk mənşəli toponimdir “monqol” sözünün mənası isə daimi, həmişəlik el, oba, vətən və xalq mənasındadır. Müasir Monqol alimləri o cümlədən professor Buqatuli Bazulxan 1974-cü ildə elmi işində monqol dilinin türk mənşəli olduğunu sübut etdi. O cümlədən tarixçi alim və dilçi Anatoli Olovinçov tutarlı elmi materiallarında sübut edir ki, Monqol-tatarların dövlət dili türk dili idi. Sonradan həmin “Monqol” sözü siyasiləmdirilmiş termindir və “monqol xalqı” sözü də “sovet xalqı” kimi formalaşan və etnik mənşə göstərməyən anlayışdır.
İndiki Çin ərazisində türk mənşəli sözlər geniş yayılıb Çin paytaxtı Pekin də tük mənşəli sözdür “böyük kənd”, “böyük paytaxt” mənasındadır. Yer gəlmişkən qeyd edim ki, indiki Pekin adlı şəhər 1215-ci ildə Çingizxanın əmri ilə yandırılaraq məhv edilmiş Çjundu şəhərindən şimal istiqamətində 1267-ci ildə inşa edilmiş və Yuan türk imperiyasının paytaxtı “Xanbalıq” şəhəridir.
Bir sıra alimlər çinli Men Hun, avropalılar Plano Kaprini, Qlioma Pubrika, Marka Polo, slavyanların o cümlədən rusların qədim əlyazmalarında Çinızxanın və onun imperiyasının, ondan sonra böyük imperiyanı idarə edənlər ancaq və ancaq türk mənşəli olduğu sübut edirlər. Bəzi ərəb və çin mənbələrində Çingizxanın indiki Azərbaycan türklərinin əcdadları türk mənşəli oğuz tükü tayfasından olduğu göstərilir. Böyük şərq tarixçisi Elxanilər imperiyasının vəziri Fəzlullah Rəşidəddin 1310-cü ildə nəşr etdiyi mənbədə Çingizxanı və onun nəsil kökünü və sonradan imperiyanı idarə edən hökmdarların hamısını türk göstərir.
Yeri gəlmişkən qeyd edim ki, Elxanilər dövləti şimali və cənubi Azərbaycan, Türkiyə, yaxın şərq, orta Asiya əraziləri daxil olmaqla 3750000 kv km əraziyə malik, paytaxtı ana Təbrizdə yerləşən, dövlət dili azəri türkcəsi olan oğuz türkü Çingizxanın Çingizlilər sülaləsinin idarə etdiyi böyük türk imperiyası idi.
Tarixdən bildiyimiz kimi Slavyanların o cümlədən rusların 300 ilə kimi monqol tatar əsarətində olması faktdır. Bu dövrdə xalqların bir-biri ilə əlaqəsi, qarışması da gerçəklikdir. Ruslar sovet dövründən başlayaraq bu günə kimi apardıqları tarixi araşdırma və analizlər çox maraqlı faktı qarşıya qoydu. Rusların, o cümlədən slavyan xalqlarının bioloji və genetik tərkibində indiki monqolların əlamətləri aşkar edilməyib, aşkar olunan isə türk əlamətləridir. Türk təsiri rus dövlətində idarə sisteminə də təsir etmişdi. Danılmaz fakt odur ki, Xaqanlıq (Kaqan) titulu türk toponimi və məhz türklərin tətbiq etdiyi dövlət, imperiya idarəçiliyində ən yüksək titul idi. Məhz rus hökmdarları da IX əsrə kimi özlərinə Xaqan titulu vermişlər. 988-ci ildə Yunan Pravoslav Xristianlığı dövlət dini kimi qəbul etmiş rus hökmdarı Vladimir Böyük Xaqan titulunu daşıyırdı, eləcədə Müdrik Yaroslavı Böyük Xaqan adlandırılırdı. Xüsusi ilə qeyd edək ki, dünya tarixində Xaqan titulu, İmperator, Karol, Şah, Şahənşah titullarından yüksək hesab edilirdi. Məhz buna görə də ərəb tarixçisi və bəzən də onu “ərəblərin Herodotu” kimi tanıdığımız Əli əl-Məsudi rus hökmdarlarını Xaqan tituluna görə rus hökmdarlarını “slavyan hökmdarlarının birincisi” adlandırıb. Rus hökmdarları Yunan kilsəsinin təsiri ilə Xaqan titulunu Knyaz titulu ilə əvəz edirlər.
Şanlı Türk tariximizin insanlıq sivilziyasının inkişafına misilsiz təsir barədə xatırlamalarımın məqsədi odur ki, biz özümüz özümüzə sual verək, belə bir tarixiə malik soy, kök heç birtarixi, dövlətçiliyi olmayan və özlərini hay və ya erməni adlandıran bir toplum qarşısında aciz qalarmı?! Btlə bir xalqın əzəli torpağı işğal oluna bilərmi?! Ya biz bu şərəfsizliyi üstümüzdən götürməliyik yada həqiqətən məhv olub tarixdən silinməliyik!”                                                 Siam.az
Tarix: 6-04-2019, 16:36
Xəbəri paylaş





Xəbər lenti