"Millətin heysiyyatı ilə oynamayın: Bəsdirin, ayıb olsun!" – Hafiz Hacıyev OD PÜSKÜRDÜ

Xəbər verdiyimiz kimi,  Space telekanalında yayımlanan verlişlərin birində müğənni Rüfət Axundov efirdə mahnı ifa edərkən xoşagəlməz sözlərdən istifdə edib.

Sonxeber az-a baş vermiş mövzu ilə bağlı açıqlama verən Müasir Musavat Partiyasının sədri Hafiz Hacıyev söyləyib ki, bu kimi tərbiyyəsiz və əxlaqsızlıq hərəkətlər yol verilməzdir.

H.Hacıyevin sözlərinə görə, bu məsələ də televiziyanın rəhbəri məsuliyyət daşımalıdır:


"Ayıbdır, belə məsələlər də diqqətli olmaq lazımdır. Həm televiziyalara nəzarət edən qurum, həm də televiziyanın rəhbəri ciddi şəkildə nəzarət etməlidir. Millətin bu cür tərbiyyəsizliklə başını qatmaq olmaz. Bizim Qarabağ kimi problemimiz qalıb kənarda, ancaq efirlərə manısları buraxıb, onların təbliğatı ilə məşğul olurlar".

Partiya sədri qeyd edib ki, həmçinin də bəzi telekanallar əxlaqsızlığı təbliğ edir:

"Eyni zamanda internet televiziyaları da dövlətin əleyhinə işləməklə məşğuldurlar. Telekanallara nəzarət ciddi şəkildə gücləndirilməlidir. Dünənə kimi başımızı üç qızı soyundurub geyindirməklə qatdılar. Bu gün də bir müğənninin efirdə ağzına gələni oxumaqla. Hansı telekanallar hardan necə maliyyələşdiyini çox gözəl bilirik, millətin heysiyyatı ilə oynamayın. Mən Space-nin rəhbərindən xahiş edirəm ki, daha ciddi işlərlə məşğul olsun. Bəsdirin, ayıb olsun!"
Tarix: 9-04-2019, 10:21
Xəbəri paylaş





Xəbər lenti