Qüdrət Həsənquliyev: “Büdcədən 23 milyon oğurlamış şəxslərin haqqında hansı tədbir görülüb?


“Biz sadəcə Hesablama Palatasının fəaliyyətinə qiymət verməli deyilik. Həmçinin Hesablama Palatasının hesabatında göstərilən nöqsanların aradan qaldırılması üçün ali qanunverici orqan olaraq hərəkətə keçməliyik. Çalışmalıyıq ki, öz üzərimizə düşən vəzifələri yerinə yetirək və Hesablama Palatasına dəstək olaq”.

Deputat Qüdrət Həsənquliyev bu fikirləri Milli Məclisdə, Hesablama Palatasının illik hesabatının müzakirəsi zamanı söylədi. Bildirdi ki, parlament bu istiqamətdə hökumətlə əməkdaşlıq etməlidir: “Hökumətdən də soruşaq ki, məsələn, niyə Hesablama Palatasının təqdim etdiyi 21 təklifdən 13-ü nəzərə alınıb, 4-ü nəzərə alınmayıb, 4-nə isə baxılmayıb? Biz bu məsələlərdə Palataya dəstək verməliyik”.

Q.Həsənquliyev Palatanın hesabatında cinayət faktlarının əksini tapdığını bildirdi: “Büdcədən 23 milyon oğurlamış şəxslərin haqqında hansı tədbir görülüb? Bu gün “oğurlayım, üstü açılsa, sonra qaytarıb yerinə qoyaram” yanaşması var. Hesab edirəm ki, təkcə Hesablama Palatasının bu faktları müvafiq qurumlara göndərməsi ilə kifayətlənməli deyilik. Biz də öz adımızdan həmin materialları Baş Prokurorluğa göndərə bilərik ki, tədbirlər görülsün”.

E.Paşasoy

Tarix: 9-04-2019, 14:39
Xəbəri paylaş





Xəbər lenti