Alim adına yaraşmayan hərəkət - AMEA-DA ŞOK OĞURLUQ FAKTLARI - lV HİSSƏ

 Plagiat olduğu üzə çıxmış, heç bir elmi mahiyyət daşımadığı halda, xeyli dövlət vəsaiti xərclənmiş, ancaq Dilçilik İnstitunun direktoru Möhsün Nağısoylu tərəfindən qızğın müdafiə olunan "İzahlı dilçilik terminləri lüğəti”nin müəlliflərindən birinin bu günlərdə AMEA rəhbərliyi tərəfindən təkrar mükafatlandırılması ciddi etirazlara səbəb olub. “Dilçilik Ensiklopediyası”nın tərtibçiləri redaksiyamıza plagiatlıq faktlarını nöqtəsinə, vergülünə qədər əks etdirən 37 səhifəlik əsaslandırılmış RƏY göndəriblər.
(Əvvəli bu linkdə: http://hurriyyet.org/xeber/alim_adina_yarasmayan_hereket_-_amea-da_ok_ourluq_faktlari_-_lli_hiss)
“Dilçilik ensiklopediyası”
Fonometriya – Danışıq dilini eksperimental-fonetik yolla tədqiqini inkişaf etdirən elm sa­hə­si. Eksperimental yolla təhlil edilən, din­ləyi­ci­lər tərəfindən qəbul edilən göstəricilərin müqa­yisəsinə söykənən tədqiqatlar (s. 354, II cild).
“İzahlı dilçilik terminləri lüğəti”
Fonometriya – Danışıq dilini eksperimental-fonetik yolla tədqiqini inkişaf etdirən elm sa­həsi. Eksperimental yolla təhlil edilən, dinlə­yicilər tərəfindən qəbul edilən göstəricilərin müqayisəsinə söykənən tədqiqatlar (s. 199).
***
“Dilçilik ensiklopediyası”
Fonestem – Bəzi xüsusiyyətlərinə görə müəy­yən mənada morfemə uyğun gələn, yəni onun qismən hər hansı bir məzmun, yaxud məna təsəvvürləri arasında əlaqə yaradaraq təkrar­lanan səs birləşmələri. Lakin morfemdən fərqli olaraq belə səs birləşmələri söz formasının qalan hissələrinin morfoloji­ləşməsinə gətirib çıxarır (s. 346, II cild).
“İzahlı dilçilik terminləri lüğəti”
Fonestem – Bəzi xüsusiyyətlərinə görə müəy­yən mənada morfemə uyğun gələn, yəni onun qismən hər hansı bir məzmun, yaxud məna təsəvvürləri arasında əlaqə yaradaraq təkrar­lanan səs birləşmələri. Lakin morfemdən fərqli olaraq belə səs birləşmələri söz formasının qalan hissələrinin morfoloji­ləşməsinə gətirib çıxarır (s. 193-194).
“Dilçilik ensiklopediyası”
Geminat - 1.Uzun tələffüz olunan samitlər. Məs.: italyan dilində samitlərin uzun və qısa­lığı fonoloji cəhətdən relevant əlamətdir. Məs.: /fat:o/ (tale), ancaq /fat/ (etdi) /mon:o/ (baba), /mono/ (doqquzuncu rəqəm). Azər­baycan di­lində uzun samitlərin olması məsələsi müba­hi­sə­lidir. Tələffüz üçün qoşa yazılan samitlərin uzun tələffüzü səciyyəvi deyildir (s. 146, I cild).
“İzahlı dilçilik terminləri lüğəti”
Geminat - 1.Uzun tələffüz olunan samitlər. Məsələn, italyan dilində samitlərin uzun və qısa­lığı fonoloji cəhətdən relevant əlamətdir. Məs.: /fat:o/ (tale), ancaq /fat/ (etdi) /mon:o/ (ba­ba), /mono/ (doqquzuncu rəqəm). Azərbay­can di­lin­də uzun samitlərin olması məsələsi müba­hisəlidir. Tələffüz üçün qoşa yazılan sa­mit­lərin uzun tələffüzü səciyyəvi deyildir (s. 215).
***
“Dilçilik ensiklopediyası”
Havay dili – Şərqi polineziy dil yarımqrupuna aid olan dildir. Əsasən havay adalarında yayılmışdır. 30 minə qədər daşıyıcısı vardır. Fonoloji sistemi bəsitdir, bu dildə 5 sait, 8 samit vardır. Əsasən açıq heca CV quruluşuna malikdir. 1922-ci ildən latın qrafikası əsasında yazısı mövcuddur (s. 144, I cild).
“İzahlı dilçilik terminləri lüğəti”
Havay dili – Şərqi polineziy dil yarımqrupuna aid olan dildir. Əsasən havay adalarında yayılmışdır. 30 minə qədər daşıyıcısı vardır. Fonoloji sistemi bəsitdir, bu dildə 5 sait, 8 samit vardır. Əsasən açıq heca CV quruluşuna malikdir. 1922-ci ildən latın qrafikası əsasında yazısı mövcuddur (s. 224-225).
***
“Dilçilik ensiklopediyası”
Harmonizasiya – Sözün başlanğıc hecasında gələn saitin bu sözdə gələn digər saitləri öz məxrəcində (dodaq və ya damaq ahənginə görə) kökləməsi. Türk dilləri üçün səciyyə­vi­dir. Məs.: Azərb. d. /göy+lər/, ancaq /son+lar/ (s. 145, I cild).
“İzahlı dilçilik terminləri lüğəti”
Harmonizasiya – Sözün başlanğıc hecasında gələn saitin bu sözdə gələn digər saitləri öz məxrəcində (dodaq və ya damaq ahənginə görə) kökləməsi. Türk dilləri üçün səciyyə­vi­dir. Məs.: Azərb. d. göy+lər, ancaq son+lar (s. 224).
***
“Dilçilik ensiklopediyası”
Xantı dili – Fin-uqor dillərinə aid dildir. Əsa­sən xanta-mansi vilayətində, Tümen vilayətinin Yamal-nenes rayonunda və Tomsk vilayətinin Aleksandrovsk və Qarqasok rayonlarında ya­yıl­mışdır. Ədəbi dili kazım və şurişkar dialekt­ləri əsasında formalaşmışdır (s. 376, II cild).
“İzahlı dilçilik terminləri lüğəti”
Xantı dili – Fin-uqor dillərinə aid dildir. Əsa­sən xanta-mansi vilayətində, Tümen vilayətinin Yamal-nenes rayonunda və Tomsk vilayətinin Aleksandrovsk və Qarqasok rayonlarında yayılmışdır. Ədəbi dili kazım və şurişkar dialektləri əsasında formalaşmışdır (s. 244).
***
“Dilçilik ensiklopediyası”
Xron - İngilis alimi D.Counzun işlətdiyi bu ter­min fonoloji vahidi bildirmək üçündür. Uzun və qısa xronomlar ingilis dili saitlərinin fərql­əndirici əlaməti hesab edilir. Eynilə xron uzun­luğun fonetik fərqini bildirir (s. 380, II cild).
“İzahlı dilçilik terminləri lüğəti”
Xron – İngilis alimi D.Counzun işlətdiyi bu termin fonoloji vahidi bildirmək üçündür. Uzun və qısa xronomlar ingilis dili saitlərinin fərqləndirici əlaməti hesab edilir. Eynilə xron uzunluğun fonetik fərqini bildirir (s. 252).
***
“Dilçilik ensiklopediyası”
İdeofon – Hər hansı bir məfhumun səslə təsviri. Onlar əksər hallarda səs təqlidi üsulu ilə yaranır. Məs.: /bööö/ - dana böyürtüsü, /ham-ham/ - it hürüşü (s. 270, I cild).
“İzahlı dilçilik terminləri lüğəti”
İdeofon – Hər hansı bir məfhumun səslə təsviri. Onlar əksər hallarda səs təqlidi üsulu ilə yaranır. Məs.: bööö - dana böyürtüsü, ham-ham - it hürüşü (s. 264).
***
“Dilçilik ensiklopediyası”
İkonizm – Semiotikada təsvir olunanla təsvir edənin qarşılıqlı əlaqəsinə əsaslanan mətn şəh­ri. Məs.: məruzəçi öz məruzəsini maraqlı et­mək üçün bir sıra təsvir və əyani vasitələrdən istifadə edir ki, bu da onun hərəkətlərini ardı­cıllıqla izləməyə imkan verir (s. 278, I cild).
“İzahlı dilçilik terminləri lüğəti”
İkonizm – Semiotikada təsvir olunanla təsvir edənin qarşılıqlı əlaqəsinə əsaslanan mətn şəhri. Məs.: məruzəçi öz məruzəsini maraqlı etmək üçün bir sıra təsvir və əyani vasitələrdən istifadə edir ki, bu da onun hərəkətlərini ardıcıllıqla izləməyə imkan verir (s. 279).
***
“Dilçilik ensiklopediyası”
İzoton – Ton müxtəlifliyinin işlənmə xüsusiyyətlərinin yayım coğrafiyasını göstərən (izoqlos) xətlər (s. 277, I cild).
“İzahlı dilçilik terminləri lüğəti”
İzoton – Ton müxtəlifliyinin işlənmə xüsusiyyətlərinin yayım coğrafiyasını göstərən (izoqlos) xətlər (s. 277, I cild).
***
“Dilçilik ensiklopediyası”
Janr üslubu – Üslubların janr təsnifatı zamanı müəyyən janrlarla əlaqədə götürülən üslub (s. 233, I cild).
“İzahlı dilçilik terminləri lüğəti”
Janr üslubu – Üslubların janr təsnifatı zamanı müəyyən janrlarla əlaqədə götürülən üslub (s. 305).
***
“Dilçilik ensiklopediyası”
Jarqonizmlər – jarqonizmlərdə profes­sio­na­lizm­lərdən fərqli olaraq əşya və predmetlər ilkin (ümumişlək, uzual) adıyla deyil, süni şəkildə, müəyyən məqsədlə adlandırılır və buna görə də bu qəbildən olan sözlərdə ekspressiv-üslubi çalarlıqlar daha kəskin ifadə olunur (s. 234, I cild).
“İzahlı dilçilik terminləri lüğəti”
Jarqonizmlər – jarqonizmlərdə profes­sio­na­lizm­lərdən fərqli olaraq əşya və predmetlər ilkin (ümumişlək, uzual) adıyla deyil, süni şəkildə, müəyyən məqsədlə adlandırılır və buna görə də bu qəbildən olan sözlərdə ekspressiv-üslubi çalarlıqlar daha kəskin ifadə olunur (s. 307).
(Ardı var)
Redaksiyadan: Xatırladırıq ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun “Terminologiya” şöbəsinin müdiri professor Sayalı Sadıqova və qızı dosent Şəbnəm Həsənli-Qəribova bir neçə nəfərin həmmüəllifliyi ilə M. Adilov, Z. Verdiyeva və F. Ağayevanın birlikdə tərtib etdikləri “İzahlı dilçilik terminləri lüğəti”nin və professor F. Veysəllinin müəllifliyi və redaktəsi ilə hazırlanmış “Dilçilik ensiklopedaiyası”nın üzünü köçürüb dövlət büdcəsindən xeyli pul mənimsəmişdirlər. Həm dünyasını dəyişmiş insanların ruhuna hörmətsizlik, həm oğurluq, həm də dövlət vəsaitinin ikiqat, üçqat mənimsənilməsi ictimaiyyət arasında ciddi etiraz və ümidsizlik doğursa da, AMEA tərəfindən indiyədək məsələyə obyektiv münasibət bildirilməyib, əksinə, dövlət vəsaitini mənimsəyənlər Dilçilik İnstitunun direktoru Möhsün Nağısoylu tərəfindən qızğın müdafiə olunur, hətta həvəsləndirilir də.
Redaksiyamıza daxil olan məlumata görə, institut əməkdaşlarına plagiat əsəri və onun müəlliflərini müdafiə etmək tapşırığı verilib. Bir neçə gün əvvəl plagiatçılardan birinin 2000AZN ilə təkrar mükafatlandırılması xeyli müəmmalı suallar doğurub.
Məlum olub ki, oğurluq kitabın baş redaktorları Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitunun direktoru, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri (?!) akademik İsa Həbibbəyli və Nəsimi adına Dilçilik İnstitunun direktoru akademik Möhsün Nağısoyludur.
Hörmətli akademiklər! Plagiatçıları stimullaşdırmaq və onların ətrafında müdafiə qalası qurmaqdansa, akademik məsuliyyəti dərk edib bu biabırçılığa aydınlıq gətirin və elm ictimaiyyətinə cavab verin! Obyektiv mövqeyiniz dövlətimizə xidmət ola bilər!
Tarix: 13-04-2019, 13:32
Xəbəri paylaş





Xəbər lenti