“Korrupsiya bataqlığında o qadın müəllimələr...” – Politoloqdan açıqlama

 “Erkin Qədirli yazıb ki, orta məktəblərdə kişi müəllimlərin sayısını artırmaq lazımdır. Qeyd edib ki, kişi müəllimlərin olmaması oğlanları infantil böyüdür. Tökülüşüblər Erkinin üstünə, çünkü dünyaya müxtəlif prizmalardan baxmağı bacarmarlırlar”. 
“Yeni Sabah” xəbər verir ki, bunu sosial şəbəkədə politoloq Fərhad Mehdiyev yazıb. O, bildirib ki, “İnfantil” sözünün mənası barədə ittifaq olmaya bilər deyə, öz qeydlərini paylaşır:
“Bəli məktəblərdə kişi müəllimlərin saysı artırılıb azı 30% çatdırılmalıdır. Kişilər niyə məktbdə işləmək istəmir? Məvacibi azdır, kişilər isə bütün ailəyə baxmalı olurlar. Bəzilərinin də səbrləri çatmır uşaqlarla işləməyə - kişi olduqlarına görə deyil - universitetdə müvafiq kursdan keçmədiklərinə görə.
Şəxsən özüm 14 nömrəli məktəbdə oxumuşam, riyaziyyat müəllimimiz, fizika müəllimiz, əmək müəllimi və bədən tərbiyyəsi müəllimizdən başqaları qadın idi. Sonra 1990-cı ildə bir kişi zavuç gəldi.
Təbii ki, kişi müəllimlərin sayının artırılması ilə şagirdlərdə olan tərbiyəsizlik, məqsədsizlik kimi problemlər həll olunası deyil. Adam kimi kişi müəllimlər gəlməlidir - dünyagörüşlü, qərarlı, tərbiyəli, uşaq psixologiyası bilən, şəxsiyyət yetişdirməyi bacaranlar. Bunlar da ideal olaraq 25-35 yaşında olan müəllimlər olmalıdır.
Erkin deyir ki, indiki qadın müəllimələr, oğlanlar üçün rol-model qismində çıxış edə bilmir. Məncə o korrupsiya bataqlığında o qadın müəllimələr heç qızlar üçün də rol-model ola bilmirlər.
Orta məktəbdə olmasa da, ali məktəbdə müəllimlik eləmişəm. Tələblərlə həm dost, həm də yol göstərən olmuşam. Pəncərədən özünü atanı da tutmuşam, uşaqlara ağaç əkməyi də aşılamışam, sinifdə təklənən uşağı da kollektivə geri qatmışam, tərbiyəsizlərə tərbiyə də vermişəm.
Ağıllı adam bir fikir ortaya qoymaqdan, başqa bir ziyalını tənqid etmədən əvvəl araşdırıb yazmalıdır. Özünü belə şəxs kimi tanımayanlar cəmiyyətdə üstadlıq rolu etmələri kimi komik bir fenomen yoxdur”.
Tarix: 13-04-2019, 23:41
Xəbəri paylaş





Xəbər lenti