Bakıda daha bir ərazidə ağaclar məhv edildi - Fotolar


bitmap-img6




Bakıda "Gülüstan" sarayı ətrafında inşaatçılar onlarla çoxillik iynəyarpaqlı ağacı kəsib.

Saray təmir edilir, fəhlələr binanın damını döşəyir. Yerdə divarların yanında ağac gövdələri var, ekskavatorun eşdiyi torpaqdan kötüklər çıxır. Ekskavator "Gülüstan"ın yaxınlığında ağaclardan təmizlənmiş torpağa dirəklər yerləşdirir.

Kompleksə gedən yol bağlanıb, qapılarda inşaat işlərinin aparıldığı haqqında yazı var.

Bayramla əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyindən ağac kəsiminin qanuniliyi haqqında məlumat almaq mümkün olmayıb.

"Gülüstan" sarayı Bakıda, zirvəsində Şəhidlər Xiyabanı yerləşən dağın yamacında yerləşən, çoxməqsədli böyük restoran zalı olan ictimai binadır. Saray 1980-ci ildə açılıb, 1998-ci ildə yeniləmə işləri aparılıb/Turan

Bakıda daha bir ərzadə ağaclar məhv edildi - Fotolar
Bakıda daha bir ərzadə ağaclar məhv edildi - Fotolar

Tarix: 10-05-2019, 10:19
Xəbəri paylaş





Xəbər lenti