ZİYALILIQLA ZİYANLILIQ ARASINDA VAR-GƏL EDƏNLƏRƏ


GƏLƏNLƏRİN ÖNÜNƏ SÜPÜRGƏ, GEDƏNLƏRİN DALINA VEDRƏ OLMAQ YETMƏZMİ???!!!

Fb-NİN GÜNDƏMİNDƏN

Iqbal AGAZADE:

“Ziyalı kimi təqdim olunanlar təkcə bu iqtidarın deyil, bütün iqtidarların yanındadırlar.”

На данном изображении может находиться: Iqbal Agazade, костюм

———————————————————————————-

“ZİYALILIQ LƏYAQƏTDİR, KƏNARDAN HƏDİYYƏ EDİLMİR” !!!

Fb-NİN GÜNDƏMİNDƏN

Ziyalılıq hər kəsin daşıya biləcəyi yük deyil. Ziyalılıq ləyaqətdir, kənardan hədiyyə edilmir. İnsan özü bu adı qazanır və onu qorumaq da şəxsin öz öhdəsindədir. Ən kiçik səhvinin gözdən yayınmayacağını hər an, hər dəqiqə düşünməli, bir növ özü-özünün nəzarətçisinə çevrilməlidir. İçtimai diqqətin onu izlədiyini heç vaxt unutmamalıdır. Təəssüf ki, ziyalı kimi dəyərləndirdiyimiz kifayət qədər şəxs bu ucalığı sonadək qorumağı bacarmayıb və axırda da təpəsi üstə dığırlanıb layiq olduğu çökəyə düşüb. Fəlakət orasıdır ki, belələrini cərgəyə düzmək üçün barmaq sayının gücü yetərli deyil. Yüzlərlə ziyalı hesab etdiyimiz kəs daha çox öz maraqlarının keşiyni çəkərək ağlagəlməz fırıldaqlarla, ailəsinin, qohum-əqrabasının firavan həyat tərzini yaxşılaşdırmaqla məşgul oldular. İnsanlarla təmas zamanı həyatımızda mövcud neqativ hadisələri, rüşvəti, ədalətsizlikləri, qanunsuzluqları qamçılayıb, amma evinə hər gün haram pul aparıb. Özünü imam övladı simasında nümayiş etdirib də arxada işverənliklə neçə-neçə günahsız adamın taleyi ilə oynayıb.

Xalqın nifrəti yaman olur. Pərdələr götürülərkən hər şey aydınlaşır və bir daha həmin “ziyalıya” inam, etibar göstərilmir, ifşanın hədəfində dayanır. Camaat arasına çıxmır, qorxur ki, birdən böyürdən biri gəlib üzünə tüpürər. Bu cür yaramazlar həyatımızın bütün sahələrinə doluşublar. Odur ki, belə ziyalıbazları tanımağa çalışın, onlara inanmayın. İnsanların problemini öz problemi hesab edən azlıqdakı ziyalıları isə qiymətləndirmək, onlara hörmət etmək hər birimizin mənəvi borcudur. Təsəvvürümdəki ölçülərin pəncərəsindən baxdıqda ziyalı ucalığının, ziyalı zirvəsinin və şərəfinin təsnifatını bu cür görürəm.

Öncə ləyaqət və vicdani duyğulara sadiqliyini, dünyagörüşlüyünü, zəngin bilik və savadlılıq təcrübəsini, ədaləti və haqqı müdafiə etmək qətiyyətini, nəfsini qorumaq, haramdan uzaqda dayanmaq kimi keyfiyyətləriə sahib olduğunu, xalqın arzu və istəklərinin gerçək daşıyıçısı olaraq çətin anlarda səngərdə onunla çiyin-çiyinə söykənmək cəsarətini əsl ziyalılıq obrazının göstəriciləri hesab edərdim. Ziyalı eyni zamanda yüksək mədəniyyət sahibi olmalıdır. Şəxsi qənaətlərimin məndə yaratdığı təəssüratlarla bərabər digər dəyərləndirilmələrə də doğma fikirərim qədər qiymət verirəm. Ziyalılıq fəlsəfəsinə yanaşmam ehkam deyil və sadaladığım örnəklərdən daha mükəmməlini idrak edənlərlə bölüşürəm.
10 milyonluq nüfuzu olan ölkənin içtimai, mədəni, elmi, sosial-siyasi həyatında ziyalının yeri və əhəmiyyəti cəmiyyəti qane edirmi?! Hər oxuyanı ziyalı adlandırmaq olarmı? Ümumiyyətlə, ziyalı varmı, yoxdursa bunun axırına çıxan səbəblər nədir?! Bu suallar üzərində bəzi təhlillər aparmağı məqsədəuyğun hesab edərək dostlar, sizin də yanaşmalarınızı öyrənmək mənim üçün xoş olardı.

Tarix: 12-05-2019, 10:47
Xəbəri paylaş





Xəbər lenti