Tərəzi - çətinliklər yox deyil. Amma müsbət təmayüllərin təsiri daha güclüdür. Gün prinsip etibarilə pis deyil. Məhsuldarlığınız yüksək olsun, fəal və enerjili çalışın. Planlaşdırdığınız işləri görüb başa vurun. Qəfil tapşırıq və sifarişi vaxtında yerinə yetirməyə çalışın.
Günün ikinci yarısında hisslərinizin fəaliyyətinizə maneələr yaratmasına imkan verməyin. Emosional gərginlikdən yayının. Rəğbət bəslədiyiniz insan bu gün sizinlə maraqlanacaq.
Axşam saatlarını ailənizə həsr edin.
Əqrəb - peşəkar fəaliyyət müstəvisində uğurlara nail ola bilərsiniz. Adi günlərlə müqayisədə daha ağır və mürəkkəb işə başlasanız belə, onun öhdəsindən gələcəyinizə şübhə etməyin. İndiyədək sizinlə dəfələrlə çalışmış insanlardan dəstək alacaqsınız. Peşəkar məziyyətlərinizi nümayiş etdirin.
Yeni tərəfdaş və ya müttəfiq arayışları, danışıqlar üçün yaxşı gündür.
Günün ikinci yarısında yaxınlarınızla münasibətlərdə problemlər yaranmamalıdır. Bir-birinizi anlamağa çalışın.
Sevdiyiniz insanı xoş sözlə, həssas rəftarla sevindirin.
Oxatan - gərgin və çətin gün olacaq. Mənfi təmayüllərin təsiri güclənir. Həyəcan, təlaş, güclü neqativ hisslər az deyil. Hisslərin təsiri altına düşərək düşünülməmiş addım atmayın, səhv etməyin. İstənilən situasiyada soyuqqanlı davranmaq bacarığını dəfələrlə nümayiş etdirmiş insanların məsləhətlərini dinləyin.
Günün ikinci yarısı uzaqdan gəlmiş insanlarla müzakirələr və diskussiyalar üçün əlverişli deyil. Qarşılıqlı anlaşmaya nail olmaq çətinləşəcək. Münaqişə riski artır.
Sevdiyiniz insanla münasibətlərdə soyuqluğun yaranmasına imkan verməyin.
Oğlaq - əvvəllər başladığınız işləri davam etdirmək və tamamlamaq üçün əlverişli zamandır. Yeni layihəni reallaşdırmağa, yeni işə başlamağa tələsməyin. Situasiya bunun üçün uyğun deyil. Tənbəllik etməyin, süst davranmayın, emosiyaların əsirinə çevrilməyin. Yaxınlarınızla yanaşı, özünüzə qarşı da tələbkar olsanız, ciddi uğurlara nail ola bilərsiniz.
Günün ikinci yarısı yeni tanışlıqlar üçün pis deyil. Lakin münasibətlərinizin istədiyiniz sürətlə inkişaf etməyəcəyinə hazır olun.
Axşam saatlarında yaşlı qohumlarla fikir ayrılığı yarana bilər. İxtilafa səbəb maliyyə məsələləri olacaq.
Dolça - söhbətlər və danışıqlar çox vaxt alır. Onların hamısı ilk baxışdan göründüyü təki faydasız deyil. Bir zamanlar əməkdaşlıq etdiyiniz insanla qəfil görüş ola bilər. Hal-əhvaldan sonrakı söhbətdə yeni layihənin konturlarının yaranması istisna deyil.
Günün ikinci yarısı səfər və ya səyahət üçün əlverişlidir. Alış-veriş uğurlu olacaq. Axşam saatlarında romantik təmaslar pis keçməyəcək. Fəqət gözlədiyiniz qədər pozitiv emosiyalar almayacaqsınız.
Balıqlar - önəmli gündür. Ətrafınızda yaşanan olayları diqqətlə müşahidə edin. Daha təcrübəli insanlardan nəyisə öyrənmək, faydalı təcrübəni əxz etmək imkanlarını əldən verməyin. İntuisiyanız kəskindir. Peşəkar fəaliyyət müstəvisi ilə bahəm şəxsi münasibətlərdəki problemləri sürətlə həll edə bilərsiniz.
Günün ikinci yarısında alacağınız məlumatların hamısı dəqiq və aydın deyil. Fəqət, informasiyaları yadda saxlayın - gərəyiniz olar. Yaxşı tanımadığınız insanlarla ünsiyyətdə ehtiyatlı olun. Onların bəziləri sizi aldatmaq, yanlış məlumatlar vermək istəyirlər.
Axşam saatlarında istənilən fiziki işdən imtina edərək yaxşıca dincəlin.
Milli.Az