Azərbaycanlıların diaspor təşkilatlarının rəhbərlərinin çoxu təsadüfi şəxslərdir

 
Rusiyada Azərbaycan diasporları təşkilatlarının fəaliyyəti barədə, eləcədə jurnalist Fuad Abbasovun həbsinə dair tanınmış hüquqşünas, Qarabağ Qazisi, üzün müddət Rusiyada yaşamış və Rusiya Ədliyyə Nazirliyi tərəfindən ləğv edilmiş Ümumrusiya Azərbaycan Konqresinin Sverdlov vilayətini üzrə nəzarət-yoxlama şöbəsinin keçmiş sədri Vüqar Dadaşovun fikirlərini oxucularımıza təqdim edirik.
“Rusiyada yaşayan Azərbaycanlılar içərisində Rusiya masştabına görə çox yüksək mövqeyə malik həm vətənlərimiz olduqca çoxdur. Rusiyanın ictimai, siyasi həyatında yüksək nüfuz sahibləri olan həmvətənlərimiz də azlıq təşkil etmir. Bütün bunlara baxmayaraq Rusiyada həm federal həmdə regional səviyyədə Azərbaycanlıların diaspor təşkilatlarının rəhbərlərinin çoxu təsadüfi şəxslərdir. Ümumiyyətlə bu sahədə təcrübəsi olan bir şəxs kimi qeyd edim ki, azərbaycanlıların diaspor təşkilatlarının pərakəndə şəkildə fəaliyyətləri, bir təşkilat altında yığışaraq fəaliyyət göstərmək istəyinin olmamasının müxtəlif səbəblər olsa da, həmin səbəblərdən ən əsası diaspor təşkilat rəhbərlərinin şəxsi maraqlarıdır. Birincisi diaspor təşkilatlarının əksəriyyəti rəhbərləri təşkilatı qurmaqla Azərbaycanlılar içərisində öz fərqliliyin göstərmək, lider olmaq hissləridir və azərbaycanlılar adından irəli getməklə müəyyən mövqe əldə etmək istəyən şəxslərdir. Bəzi diaspor təşkilatları və rəhbərləri Rusiya xüsusi dövlət orqanlarının təsiri altındadır. Etiraf etmək lazımdır ki, diaspor təşkilatlarının çoxları həmin təşkilat rəhbərlərinin de-fakto kommersiya təşkilatı funksiyasını yetirməklə bir gəlir mənbəyinə çevrilib. Məhz göstərdiyim səbəblərdən də Rusiyada yaşayan Azərbaycanlıların diaspor təşkilatları bir təşkilat daxilində birləşməyə meylli deyillər. Həqiqət budur ki, əksər diaspor rəhbərləri özləri üçün yaratdıqları diaspor təşkilatları vətənpərvərlikdən, Azərbaycan dövlət və xalq maraqlarına xidmətdən çox uzaq məqsədlərə qulluq etməsidir. Mən bura da belə diaspor rəhbərlərinin adını çəkməməyimin səbəbi diaspor təşkilatları arasında qalmaqal yaratmamaqdır. Rusiyada fəaliyyətim dövründə rastlaşdığım bir faktı nəzərinizə çatdırmaq istəyirdim. Nijniy Taqil şəhəri üzrə diaspor sədri əslən Cəlilabad rayonundan olan Sədrəddin müəllim sözün əsl mənasında çox vətənpərvər bir insan idi, onu da qeyd edim ki, Sədrəddin müəllimi azərbaycanlılar gizli səsvermə yolu ilə rəhbər seçmişdi. Onun diaspor sədri kimi fəaliyyəti çox yüksək idi,
Sədrəddin müəllim Azərbaycan mədəniyyətini, incəsənətini, məişət mədəniyyətini, tarixini, Qarabağ həqiqətlərini yüksək səviyyədə təbliğ edirdi və məhz buna görə də yüksək nüfuz sahibi idi. Sədrəddin müəllimin nüfuzu bəzi diaspor rəhbərlərinə rahatlıq vermirdi və onların xain sifarişləri əsasında Rusiya hüquq-mühafizə orqanları Sədrəddin müəllimə təzyiq göstərirdi, fəaliyyətinin dayandırmağı tələb edirdilər.
O ki, qaldı çox hörmətlə yanaşdığım jurnalist Fuad müəllimə, artıq hesab edirəm cəmiyyətimizə hər şey məlumdur. Fuad Abbasov sapı bizdən olan xainlərin istəyi əsasında həbs edilib. Həqiqətən Fuad Abbasov əsl vətənpərvər kimi Azərbaycan dövlət və xalq maraqlarına xidmət edirdi, onun tək başına etdiyi xidmət neçə-neçə diaspor təşkilatının fəaliyyətindən ölçüyə gəlməz dərəcədə yüksək idi. Fuadın müəllimin artan nüfuzu Rusiyada bəzi diaspor təşkilat rəhbərlərini narahat edirdi, Fuad müəllimə belə bir xəyanət gözlənilən idi. Ancaq ki, bəzi diaspor təşkilat rəhbərlərinin milli düşmənlərimiz ermənilərlə birləşərək Fuad müəllimi Rusiyadan uzaqlaşdırmaq vətənimizə, xalqımıza xəyanətdir. Xainlərə ən yaxşı dərs o olar ki, vətənpərvər, savadlı və mübariz jurnalist Fuad Abbasova Azərbaycanın aparıcı xəbər agentliklərindən biri onu Rusiya üzrə nümayəndə təyin etsin. İnanıram ki, belə də olacaq!”                                                                                                                                    Siam.az
Tarix: 23-05-2019, 21:05
Xəbəri paylaş





Xəbər lenti