Deputatın bacısı oğlu vəzifədən azad edildi –“Azəriqaz“da dəyişiklik


bitmap-img6




“Azəriqaz” İstehsalat Birliyində struktur və kadr dəyişikliyi baş verib

Bu barədə  Neftçilərin Hüquqları Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı məlumat verib.

Onun sözlərinə görə, “Azəriqaz” İB-də Baş direktorun innovasiyaların tətbiqi üzrə müavini vəzifəsi ixtisara salınıb: “Bununla həmin müavin postunda 10 ildən çoxdur işləyən Fikrət Sucayev də vəzifədən çıxarılıb”.

Xatırladaq ki, Fikrət Sucayev YAP Xətai rayon təşkilatının sədri, deputat Hüseynbala Mirələmovun bacısı oğludur.

Tarix: 26-05-2019, 13:43
Xəbəri paylaş





Xəbər lenti