Kəndlər Boşalır ,Niyə ?

       Azərbaycan əhalisinin əsasən paytaxtda cəmlənməsi ,iş yerlərinin , sənayenin tikinti obyektlərin ,bankların əksəriyyəyinin şəhərdə fəliyyət göstərməsi və bunun yaratdığı fəsadlara istənilən qədər faktlar göstərmək olar .Bölgələr də ən yaxşı halda yerində sayır , paytaxt isə həddindən artıq yüklənir . Bölgələrdə əhalinin infrastrukturun nisbətən yaxşı ,iş yerlərinin isə nisbətən çox olduğu paytaxta axmasında qeyri-adi heç nə yoxdu. İnsanlar özlərinə normal iş yeri və rahatlıq axtarırlar ki , bu da az-çox paytaxtda mümkündür.Bizim fikrimizcə rəsmən elan edilməsə də hökumətin məqsədli siyasətidir –insanlar daha çox paytaxtda cəmlənsin ki,idarəetmə və nəzarət daha rahat olsun.Elə bu məqsədli siyasətin nəticəsidir ki,ölkə ərazisinin təxminən 6-8 faizini təşkil edən Bakı büdcə daxilolmanın 85-90 faizini təşkil edir.Ölkənin iqtisadi potensialı baxımdan Bakı iqtisadi rayonundan qat-qat güclü olan bölgələri büdcə daxilolmalarında demək olar ki,iştirak etmir.Bölgələrin ayrı-ayrılıqda büdcədə payı 2-3 faizdən cox deyil.Hökümət isə bu disbalansı aradan qaldırılmasında maraqlı görünmür.Əksinə hökümətin əməli addımları vəziyyətin daha da mürəkkəbləşməsinə xidmət edir.Məsələn son 3-4 ildə dövlət investisiyalarının 60-65 faizi paytaxtın payına düşür.Elə götürək ipoteka kreditlərini.Bu proses başlayanda əsasən paytaxtda aparılır.Regionlarda evsizlik probleminin daha qabarıq olmasına baxmayaraq,daha çox paytaxt sakinləri bu kreditdən hansı yolla olur-olsun faydalana bilir.Belə demək mümkündüsə,sanki region əhalisi bu ölkənin vətəndaşı deyillər və onlar ücün ipoteka kreditləri əlçatmaz olaraq qalır.Hökümət onların problərinin həlli əvəzində ipoteka kreditlərini hansı yolla yeni tikilən binalardakı mənzillərə yönəltməklə iş aparır.Görünür burada qara qüvvələrin ambisiya maraqları öz işini görür.Sevimli şairimiz M.Sabirin təbirincə desək:”Mən salim olum,cümlə cahan batsa da batsın”. İqtisadcı mütəxəsislərin sorğularından aydın olur ki,ipateka kreditlərinin verilməsi prosesi paytaxtla məhdudlaşdırılmamalıdı.Regionlarda ipoteka kreditlərinin həcminin artırılması baradə tikintilərin canlanmasına gətirib cıxaracaq.İpateka kreditlərinin ən azı 60 faizi bölgələrə ayrilmalıdır.Bakıdan fərqli olaraq regionlarda əhali ipateka vasitısi ilə yeni tiklilərdə ev almağa maraqlıdırlar.80 faiz əhali yeni tikililərdə ev almaq istəyir. Başbilənlərimiz bölgələrimizə gəlib ,əhalinin yaşam tərzi ,yaşadıqları əldamını görsələr ,hec də XV əsirdən geri qalmadığımızı əyani görərlər .Bu konteksdə Bakıdan fərqli olaraq bölgələrdə yeni tiklilərə maraqın olmasını paytaxdakı köhnə tiklilərin qiymərinin yeni inşa edilən binalarda qat-qat ucuz
olmasını təsdiqləmək olar. Mütəxəsislərin fikrincə bölgələrdə ipateka kreditləşməsinin aktivləşdirilməsi tikinti sahəsinin inkişafına təkan verəcək ,işsizliyi azaldacaq . Maraqlı sual ortaya cıxır .Bəs niyə hökumət regionlarda tikinti sektorunun canlanmasında maraqlı deyil ?Axı bu həm də regionlarda məşğulluq probleminin həllinə pozitiv təsir göstərir.Gün kimi aydındır ki ,Bakıdakı tikintilərdə çalışanların ən coxu rayonlardan gəlir .Əgər rayonlarda tikini canlansa ,onda iş dalınca Bakıya üz tutmağa ehtiyac olmaz və adamlar öz yaşadıqları yerdə iş tapa bilərlər.Bu məsələyə hökumət öz aydınlığını gətirsə yaxşı olar .Acı təəssüflər ki ,maraqlı deyil . Bizə məlumdur ki ,ipateka fondunun statsistik məlumatında ,verilən kreditlərin respublika üzrə göstəricilərində ,qrum rayonlar üzrə bu göstəricilər acıqlanmır .Ola bilsin , amma bizim fikrimizcə bu nə kommersiya ,nə də dövlət sirridir .Sadəcə ya regionlara umumiyyətlə ipateka kreditləri ayrılmır ,ya da o qədər az ayrılır ki ,açıqlamağa utanırlar . “O olmasın bu olsun “filmində deyildiyi kimi ,”Babalı Sərvərin boynuna “. Əlizadə Nəhmədağaoğlu
Tarix: 27-05-2019, 13:01
Xəbəri paylaş





Xəbər lenti