“Mxitaryan şousu”nda KQB barmağı – Ekspertdən şok fakt

 Futbol üzrə Avropa liqasının final oynunun Bakıda keçirilməsi kontekstində “Mxitaryan məsələsi”ni çox böyütdülər. Ermənistanın bu işdə fəallığı təəccüblü deyil, onu qoyuram bir qırağa. Maraqlısı odur ki, Britaniya mediasında ölkəmizə qarşı biri-birindən düşük yazılar çıxdı. İstər-istəməz, bütün bunların hansısa siyasi məqsədlə edildiyini düşünməyə başlayırsan. Axar.az xəbər verir ki, bu sözləri Erkin Qədirli deyib. O bildirib ki, yazıların Britaniya mediasında çıxması bizi çaşdırmamalıdır. Onların arxasında kimlərin durduğunu, belə yazıların hansı ölkənin marağında olduğunu anlamaq gərəkdir: “Ölkəmizə qarşı düşük yazıların çoxu “İndependent” (“The İndependent”) internet qəzetində çıxıb. “İndependent”in sahibi, SSRİ-nin və Rusiyanın xüsusi xidmət orqanlarında (KQB, SVR) xarici kəşfiyyat yönündə işləmiş (polkovnik rütbəsinə çatmış) Aleksandr Lebedevdir. Bu, önəmli gümanlara yol açan bir faktdır”.
Politoloq qeyd edib ki, ümumiyyətlə, ölkəmizin Avropayla yaxınlaşmasına qarşı metodik və sistematik çalışan ölkələrdən biri və birincisi Rusiyadır: “Ermənistan, İran və başqaları da öz oynunu oynayırlar, amma onların heç birisi Rusiya qədər təsirli deyil. Üstəlik, bəziləri Rusiyanın əlində və əlinə oynayırlar. Ayıq olmalıyıq”.
Tarix: 28-05-2019, 00:48
Xəbəri paylaş





Xəbər lenti