Abşeron “Kraliça”sı tarixə necə düşmək istədi? FOTO


Rayon icra başçılarının əsas vəzifələri idarə etdikləri rayonda sakinlərin sosial problemləriylə yaxından tanış olmaq, yaşayış rifahının yüksək olunması üçün səlahiyyətləri çərçivəsində əlindən gələni əsirgəməməlidirlər. Həmçinin xidmət göstərdiyi rayonun abadlıq və quruculuq işlərinin icrasında birbaşa dəstək nümayiş etdirməlidirlər. Görəsən bu vəzifələrə əks xidmət göstərən rayon icra başçıları kimlərdir?

Son günlər DogruXeber.az-ın redaksiyasına Abşeron rayonunun sakinləri tərəfindən çoxsaylı şikayət xarakterli məktublar daxil olmuşdur. Şikayətlərin böyük əksəriyyəti rayonun bərbad vəziyyətdə olan yolları və eyni zamanda əhalinin yaşayış durumunu ağır vəziyyətdə olması ilə bağlıdır. Sakinlər tərəfindən verilən məlumatlar arasında səhiyyə, təhsil, tikinti, və bələdiyyə sədrlərinin fəaliyyətlərinin nəzdində baş verən özbaşınalıqlar xüsusi yer tutur.

Abşeronda “Kraliça” kimi tanınan yeganə qadın icra başçısı İradə Gülməmmədova nə üçün əhaliyə biganə yanaşıb onların sosial durumları ilə yaxından maraqlanmır? Əhalinin istifadəsində olub da istifadəsi çətin və bərbad olan yolların baxımsız olamasıyla, səhiyyədə baş alıb gedən rüşvətin, haqsız yerə pasientlərdən pulların tələb edilməsiylə, hər hansı bir tikiliyə görə icazə sənədi üçün böyük məbləğin tələb olunmasıyla niyə maraqlanmır? Niyə müdaxilə olunmur? Yoxsa şəxsi bizneslər daha önəmlidir və sakinlərə ayıracaq xüsusi vaxtları belə yoxdur?

Mediyanın gündəmini zəbt etmiş xəbərlərdən biri məhz İradə Gülməmmədovanın şəxsi biznesləri barəsindədir. Xanım kraliçanın şəxsi biznesindən ən məşhurları Xırdalan şəhərindəki “Titanik” adlı böyük obyekt, Mehdiabad-Fatmayi yolunun üstündəki “Palma” supermarketi, eyni adlı restoran, “Titanik” adlı restoranın alt hissəsindəki şərab evi, Həmçinin Novxanı kəndində yerləşən “ABU Petrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığındakı şərab evi, həmçinin “Vorovski” adı ilə tanınan ərazidə yerləşən “Zümrüd” klinikasnın yaxınlığındakı şərab evi və s.-dir. Bu sadalanan obyektlər şəxsi biznesin sadəcə görünən tərəfləridir.

Redaksiyamıza daxil olan məlumatlardan biri də Abşeron ərazisində tikililər üçün sakinlərdən böyük məbləğdə vəsait tələb etmələri, əks təqdirdə isə tikintiyə icazə verilməməsilə bağlıdır. Verilən məlumatlarda qeyd olunur ki, tikintiyə icazə verilmə qiymətləri əvvəlki illərə nisbətən indi daha çoxdur. Əvvəllər ev tikməyin «icazəsi» min (1000) manatla, beş min (5000), (yerə görə dəyişir), manat arasında dəyişirdi. İndi isə Abşeron qəsəbə və kəndlərində ev tikməyin «icazəsi» işıq sürətilə qalxaraq 10-15 min manat olub. Şikayətçilər bildirir ki, hazırda rayonun Saray, Mehdiabad, Qobu, Hökməli, Güzdək, Ceyranbatan, Digah, Aşağı Güzdək qəsəbələrində və Masazır, Məmmədli, Novxanı, Fatmayı, Görədil kəndlərində ev tikmək istəyənlər icra hakimiyyətinin tikinti şöbəsinə lazım olan qədər vəsaiti ödədikdən sonra istədikləri evi tikə bilirlər.
Abşeron “Kraliça”sı tarixə necə düşmək istədi? FOTO

Fuad Cəbrayılov MTN Təcridxanasindan necə canını qurtardı?

Bildirilir ki, İ.Gülməmmədovanın hazırda əsas gəlir mənbələrdən biri torpaq satışından və rayon ərazisində tikinti aparılmasına icazə verilməsindən əldə olunan qazancdır. Bu işi isə o müavini Fuad Cəbrayılova həvalə edib. F.Cəbrayılov vaxtilə Dövlət Reyester Xidmətinin Abşeron Şöbəsi müdirinin müavini işləyərkən yüzlərlə saxta sənədlər düzələdərək vətəndaşlara qanunsuz “küpça” verilməsi əməliyyatına rəhbərlik edərək külli-miqdarda pul qazandığı iddia edilir. Bundan başqa saxta sənədlərlə Abşeron rayonu ərazisində xeyli sayda obyektlər ələ keçirdiri də yayılan məlumatlar sırasındadır. Məlumata görə, Dövlət Reyester Xidmətinin Abşeron Şöbəsində baş alıb gedən qanunsuzluqlarla bağlı məsələyə o zamanlar fəaliyyətdə olan Milli Təhlükəsizlik Nazirliyi də qarışıb. Nazirlik şikayətlər əsasında şöbədə əməliyyat keçirərək, çoxlu sayda saxta sənədlər, qanunsuz çıxarışlar aşkar edib. MTN-nin keçirdiyi əməliyyat nəticəsində Reyester Xidmətinin Abşeron Şöbəsində bir neçə nəfər, o cümlədən Fuad Cəbrayılov həbs edilib. Lakin Fuad Cəbrayılov qayınatası Aydın Cəfərovun və o zamanlar Dövlət Reyester Xidmətinin rəisi işləyən Arif Qaraşovun köməkliyi ilə MTN-nin təcridxanasından canını qurtara bilib.

Bu gün Abşeron rayonda tikinti işləri aparmaq istəyən hər kəs mütləq şəkildə Fuad Cəbrayılovun dəstəsinin hesabını verməlidir. Həftədə 3 dəfə Abşeron İcra Hakimiyyətində Fuad Cəbrayılovun dəstəsi onunla iclas keçirərək gündəlik hesabatlarını təqdim edirlər. Cəbrayılovun dəstəsindəki şəxslərin hamısı demək olar ki, “Niva” markalı avtomobillər idarə edirlər. Həmin dəstəyə Elmir adlı şəxs rəhbərlik edir. Mənbəmiz Elmirin vaxtı ilə Fuad Cəbrayılovun Reyster Xidməti şöbəsində sürücüsü və ən yaxın adamlarından biri olduğunu qeyd edir. Bu həmin Elmirdi ki, vaxtı ilə Reyster Xidmətinin Abşeron şöbəsində qanunsuz kupçaların və digər sənədlərin, çıxarışların verilməsini “vasitəçi” rolunda yoluna qoyurdu.
Abşeron “Kraliça”sı tarixə necə düşmək istədi? FOTO

Bu gün isə o yenə də vasitəçi rolunu davam etdirir. Amma bu dəfə Abşeron İcra Hakimiyyətində. Akif Əliyevə gözdağə verə-verə. Deyilənə görə İcra Hakimiyyətinin Abşeron Memarlıq və Tikinti şöbəsində Elmir üçün xüsusi bir otaq ayrılıb. İcra Hakimiyyətinə tikinti üçün gələn vətəndaşlarla məhz bu otaqda danışıldığı və bazarlığın edildiyi bildirilir. Rayon ərazisində tikintti işlərinə nəzarət edən dəstənin yığıncaqlarının Elmirin “otağında” olduğu deyilir.
Abşeron “Kraliça”sı tarixə necə düşmək istədi? FOTO

Əldə etdiyimiz məlumata görə Abşeron rayonunda yerləşən məktəblərdə baş alıb gedən qanunsuzluqlar, özbaşınalıqlar səngimək bilmir. Abşeron rayonu ərazisində fəaliyyət göstərən məktəblərdə şagirdlərə içərisində Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın fotoları olan məktəbli kitabçası paylanılıb. Bu barədə demokrat.az-a övladı Abşeron rayonu ərazisindəki məktəblərdən birində təhsil alan şagirdin valideyni tərəfindən məlumat verilib.
Məlumatda qeyd olunur ki, bu cür gündəliklər rayonun digər məktəblərində də şagirdlərə verilib. Abşeron Rayon İcra Hakimiyyətindən məsələyə münasibət bildirilməyib. Dərs vəsaitlərində tarixi şəxsiyyətlərin, ədəbiyyatçıların, yazıçı və şairlərin şəkli olmalı təqdirdə rayon kraliçası İ.Gülməmmədovanın fotolarının yer alması özünü əbədiləşdirmək kimi başa düşülür. Bu özünü tarixə həkk etdirmənin yeni modelidir. Halbuki, Azərbaycanın qurtuluşunda xilaskar olan Ümumilli Lider Heydər Əliyevin rəsmi olunmalı təqdirdə nədən icra başçısı?

Xülasə, Abşeron rayonu “kraliça” kimi tanınan İ.Gülməmmədovanın qanunları çərçivəsində idarə olunur. Yuxarıda qeyd olunanlara əsas olaraq vətəndaşların iddialarına haqq qazandırmaq olur.

Redaksiya olaraq adı çəkilən şəxslərin mövqelərini dinləyib dər etməyə hazırıq.
Abşeron “Kraliça”sı tarixə necə düşmək istədi? FOTO

DogruXeber.az               https://yenigundem.az/2019/02/14/abseron-kralicasi-tarix%C9%99-nec%C9%99-dusm%C9%99k-ist%C9%99di-foto/
Tarix: 29-05-2019, 16:57
Xəbəri paylaş





Xəbər lenti