“Bizə təzyiq edirlər ki, hərbi əməliyyat...” - Politoloq etiraz etdi


“Bizə təzyiq edirlər ki, hərbi əməliyyat...” - Politoloq etiraz etdi

“Amerika Birləşmiş Ştatlarının (ABŞ) Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker "Amerikanın səsi"nə müsahibəsində Kiyevdən gözləntilərini açıqlayıb. Onun açıqlamasında diqqət çəkən məqam kimi Ukraynanın şərq vilayətlərinin separatçıların nəzarətinə keçməsilə əlaqədar yaranan böhranla bağlı dediklərini və Vaşinqtonun münasibətini ifadə edən fikirlərini qeyd etmək olar: "Məni narahat edən odur ki, insanlar Rusiya işğalına və hərbi əməliyyatların davam etməsinə öyrəşməyə başlayırlar. Bax bu problemdir... Onlar real olaraq hər həftə ukraynalıları öldürürlər və biz bunu unuda bilmərik". 

Cebhe.info xəbər verir ki, bunu politoloq Zaur İbrahimli deyib.

Z.İbrahimlinin sözlərinə görə, Volker çox açıq danışıb və bu həm də yeni prezident Zelenskiyə açıq xəbərdarlıqdır:

“Təəssüf ki, Azərbaycanla bağlı yanaşmada bu mövqe ortaya qoyulmur. Bizə təzyiq edirlər ki, aman status-kvonu dəyişməyin, aman hərbi əməliyyatlar haqqında düşünməyin. Hər şeyi unudun, barışın, sonsuz danışıqlar aparın. 1 may 2019-cu il tarixdə isə ABŞ-ın Nümayəndələr Platasının Xarici siyasət məsələləri komitəsində “Countering a Resurgent Russia” (Dirçələn Rusiyay qarşı mübarizə) mövuzunda dinləmələr keçiriləndə Gürcüstana qarşı aqressiya xüsusu müzakirə olunub. Müzakirələr zamanı Gürcüstana qarşı aqressiyanın davam etdiyi və buna görə Rusiyaya qarşı daha təsirli addımlar atılmasının vacibliyi vurğulanıb. Xarici siyasət məsələləri komitəsinin sədri demokrat Elliot Yengel dinləmələr zamanı bildirib ki, “Rusiya tərəfindən sərhədləri boyunca Gürcüstan və Ukrayna ərazilərini işğal etməsi on illiklər ərzində aparlan sülh və sabitlik fəaliyyətlərini zədələyib”.  

Xalq olaraq bu iki yanaşmanın fərqində olmalıyıq, cəmiyyət dövlət olaraq elə etməliyik ki, bizim də səbrimizin sonsuz olmasını düşünməsinlər. Bizi "unudun" deməyin risklərini ciddi şəkildə anlasınlar. Həm də əmin etməliyik ki, Ukrayndan fərqli olaraq biz unutmaq, öyrəşmək fikrindən uzağıq. Gürcülərədən də mübarizik və heç bir halda birtərəfli güzəştlərə getməyi tələb edə bilməzlər”.

Tarix: 31-05-2019, 16:10
Xəbəri paylaş





Xəbər lenti