“İNDİ DÜŞMƏN VAR, ÇƏPƏR YOXDU…”!!!




O SƏBƏBDƏN “FAŞİSTYOSUNLU BİR RUMIN GƏLİB MM-DƏ QARABAĞA RACON KƏSİR!!!”!!!

Fb-NİN GÜNDƏMİNDƏN

” Qoşun gəlib dörd yanımız aldılar,
Belə nə yatmısan, ayıl, Eyvaz xan!..
Hər tərəfdən mansıraya saldılar ,
Axırda olaraq zayıl, Eyvaz xan!..”

Eyvaz yatır… Dəmirçioğlu sazla, sözlə onu oyada bilmir… Fəlakət də burda!!! Yaxşı deyirlər ki, oğuzun başına nə fəlakət gəlsə, yuxuda gələr…

Biz yatmışıq!!! Məhz dörd yanımızı düşmən mansıraya alıb .. Bir tərəfdə torpaq işğalda ..bir tərəfdə ruhumuz işğalda… Sən işə bax!!! Desəm ki, iki kəlmə təhsillə bağlı söz demək istəyirəm, mənə söz verin Milli Məclisdə, məni tutarlar… Amma faşistyosunlu bir rumın gəlib MM-də Qarabağa racon kəsir!!! Çauşeskunu unutma… biz unutmadıq!!!..

Bu yazının adı belədir —

DÜŞMƏN ÇƏPƏRLƏRİ 

Hamınız bu çəpərlərin oğlan övladı olduğunu hiss etdiniz .. Hər evdə oğlan övladı dünyaya gələndə muştuluqçular dörd bir yana gedir… gözaydınlığı verir… muştuluq alırdılar!!! Ağsaqqallar da müdrikcəsinə, oğuldur, düşmən çəpəridir deyirdilər… Allah bu düşmən çəpərlərini pənahında saxlasın!!! …

Bəlkə də, heç o zamanlarda düşmən-filan yox idi… Yox idi, amma düşünürmüşlər ki, bir gün düşmən qabağına çıxar!!! … İndi düşmən var, çəpər yoxdur!!! Burda şəhid sayından, qazilərimizdən danışmıram!!! Qurvan olum onlara!!! Amma yetmədimi, çəpərlərimiz !!!” … Gələn vurdu…  gedən vurdu…

Qarabağın dörd bir yanı mansırada!!! “Oyan, Eyvaz, oyan!!! Axırda olarıq zayıl, Eyvaz xan!!! “

Dünənki şəhidim üçün çox üzüldüm! Dünən Tərtərin “düşmən çəpərləri” ayaqda idi! Bu qəzəblə fırtına qopara bilərdilər!!! Amma!!! Eyvaz ayılmırdı… Ayıl, Eyvaz!!!

Tarix: 2-06-2019, 00:50
Xəbəri paylaş





Xəbər lenti