Yezid çayxanalar – BAKI BULVARINDA

Həyat ŞƏMİ

Tanınmış şair, Tarix üzrə fəlsəfə doktoru Həyat Şəmi dünən Bakımızın ən gözəl və qonaqlı-qaralı olan bir guşəsində- Dənizkənarı Milli Parkda- Bulvarda qarşılaşdığı acınacaqlı hallı Müstəqil.Az-ın oxucuları ilə bölüşür:

Dünən gecə Türkiyədən gəlmiş bir tarixçi dostumuzla iftarımızı açıb, Bulvara -Dənizkənarı Milli Parka doğru yol aldıq. Məqsədimiz iftardan sonra bir pürrəngi çay içmək idi. Sahildə rastımıza çıxan çayxanalardan birində əyləşdik.

Çayxana xidmətçisi – ofisiant yaxınlaşdı, fikrimizi anlamış kimi:

-Çayı dəstgahla veririk, xanım!” dedi. Dəstgahın biri 40 manatdı, yəni masalarımız depozitdi .

Mən dönüb,- ” o zaman eləcə sadə su gətirin bizə, çox susamışıq-dedim.

Ofisiant sadə su alsaq da masaya oturmağın özünün 40 manat olduğunu bildirdi.

Təəccüblə çayçının üzünə baxıb, “bu da təzə qaydadırmı?”- deyə soruşunca “bəli!” cavabını aldım.

Aldığımız cavabdan və müştəriyə olan bu münasibətdən pərişan olub masadan qalxdıq.

Sahil boyu irəliləməyə davam etdik.

Yenidən qarşımıza çıxan daha bir çayxananın ” zonasına” daxil olub, masalardan birində yer tapıb əyləşdik.

Ofisiant yaxınlaçınca bu yerdən – oruclu olmağımızdan və iftardan sonra çay içmək istəyimizdən başladım ki, bəlkə burada bir stəkan çay içmək nəsib olar.

Amma arzum ürəyimdə qaldı…təəssüf ki, bu çayxanada da eyni sözləri eçitdim:” Xanım, masa depozitdi, çayın biri 30-40 manatdır”.

Daha davamını söyləməyə lüzum görməyib masadan qalxdıq.

Bu minvalla Bulvarda 5 çayxana saydıq.

Hər əyləşdiyimiz masadan da eyni aqibətlə qalxası olduq.

…Evə yollandım. Gözəl bir çay dəmləyib, doyunca içdim.

Donra sonra bu yazını yazdımş

İftardan sonra susuzluqdan para-para olan dodaqlarımla qapı-qapı gəzdiyim çayxanaların heç biri umrunda belə olmadı …

Tarix: 2-06-2019, 10:44
Xəbəri paylaş





Xəbər lenti