Bakıda prospekti zəbt edib, pul yığırlar

 Bakıda yanan “Diqlas” ticarət mərkəzi söküntü ilə əlaqədar hasara alınıb. Axar.az xəbər verir ki, Qara Qarayev prospektinin şəhər istiqamətində hissəsinin bir zolağı sözügedən hasarın içərisinə düşüb.
Bəzi işbazlar isə hasarın qabağında “rəsmi” dayanacaq da düzəldiblər, hətta qoluna nişan bağlayıb, pul yığırlar. Nəticədə maşınların keçməsi üçün yalnız bir zolaq qalıb ki, bu da böyük tıxaca səbəb olur. Qeyd edək ki, artıq bir həftədən çoxdur davam edən bu mənzərə ilə bağlı nə rayon İcra Hakimiyyəti, nə Polis İdarəsi, nə də Dövlət Yol Polisi İdarəsi bir addım atır.
Xatırladaq ki, prospektin ortasında qurulan bu qanunsuz dayanacaqla üzbəüz ən müasir üslubda tikilən beşmərtəbəli parkinq fəaliyyət göstərir.
Tarix: 7-06-2019, 14:27
Xəbəri paylaş





Xəbər lenti