Bakının bu küçəsindəki park kimlər tərəfindən sökülür? - FOTO+VİDEO



Şəhərsalma və tikinti qanunvericiliyinin tələbləri kobud şəkildə pozulur

Bakı şəhər, Asif Məhərrəmov küçəsi 44A ünvanında yaşayan Səmədov Zaman Afrad oğlu hazırda yaşadığı binanın yaxınlığındakı parkın sökülməsinə etiraz edərək, aidiyyatı şəxslərdən kömək istəyir.

O, məsələ ilə bağlı ərizə yazaraq Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyeva müraciət edib.

AzNews.az xəbər verir ki, həmin şəxs dəfələrlə məsul şəxslərə müraciət etsə də, nəticəsi olmayıb. Onun sözlərinə görə, həmin ərazidə traktorlar və digər texnikalar işləyir, şəhərsalma və tikinti qanunvericiliyinin tələbləri kobud şəkildə pozulur. O, tikinti prosesinin sakinləri narahat etməsini, uşaqların məktəbə gediş-gəlişlərinə mane olmasını da vurğulayıb.

“Bu hala şərait yaratmış məsul şəxslərin qanunsuz əməlləri dövlətimizin vətəndaşları olaraq bizim normal yaşamağımızda çətinliklərlə üzləşməyimizə səbəb olmuşdur. Odur ki, bu şəxslərin qanunsuz əməllərinin qarşısı alınmalıdır”.

Həmin ərizəni və ərazinin hazırki durumu ilə bağlı görüntüləri sizə təqdim edirik:



          

Tarix: 13-10-2019, 11:14
Xəbəri paylaş





Xəbər lenti