Araz Əlizadə Türkiyəni qəzəbləndirdi: Deputat ərəblərlə bir sıraya qoyuldu


Araz Əlizadə Türkiyəni qəzəbləndirdi: Deputat ərəblərlə bir sıraya qoyuldu

Deputat Araz Əlizadənin “Türklərlə azərbaycanlılar arasında heç bir qan bağlılığı yoxdur” deməsi Türkiyə mətbuatının diqqətini çəkib və etiraza səbəb olub.

Cebhe.info xəbər verir ki, qonaq olduğu televiziya proqramında qalmaqallı çıxışa imza ata Araz Əlizadənin bu sözləri mətbuat tərəfindən Türkiyəyə qarşı çıxış kimi qiymətləndirilib.
 
“Türkiyə Suriyanın şimalında terror təşkilatlarına qarşı “Barış Pınarı” hərəkatını başlatdığında bütün dünyadan təpkilər gəldi. Türk insanının hər fürsətdə yardımına getdiyi Fələstin rəhbərliyi, ərəb ölkələri bura daxil oldu. Türkiyəyə dəstək verənlər isə soy bağımızın olduğu türk dünyası ölkələriydi. Ancaq “Bir millət, iki dövlət” dediyimiz Azərbaycandan  Araz Əlizadə

adlı bir deputat qalmaqallı çıxışıyla diqqətləri üzərinə çəkdi”,- deyə Türkiyə mətbuat yazıb. 

Qeyd edək ki, Araz Əlizadə dəfələrlə bu qəbildən olan çıxışlarla gündəmə gəlib. O, hətta 1918-ci ildə Osmanlı ordusunun pul müqabilində Azərbaycanın köməyinə gəldiyini də iddia edib. 

Tarix: 3-11-2019, 16:48
Xəbəri paylaş





Xəbər lenti