Primakov böyük alim, tarixi şəxsiyyət, Azərbaycana xoş münasibəti ...-Jurnalist Eynulla Fətullayev


Jurnalist Eynulla Fətullayev Primakovun yubileyi ilə bağlı keçirilmiş esse müsabiqəsindən sonra davam edən müzakirələrə reaksiya verib. O qeyd edib ki, bir neçə gündür sosial şəbəkələrdə Primakov tufanı qalxıb: “Görün, cəmiyyətin və insanların enerjisi hansı efemer, cəfəng, mənasız məsələlərə xərclənir.

Primakov böyük alim, tarixi şəxsiyyət, Azərbaycana müəyyən mənada xoş münasibəti olmuş, tez-tez ölkəmizə səfər etmiş dövlət xadimi idi. Rusiya və rus elminin qarşısında böyük xidmətləri var... Tarixi intellektual sima idi”.

 

Eynulla Fətullayev ile ilgili görsel sonucu

Eynulla Fətullayev: "Primakov böyük alim, tarixi şəxsiyyət idi"

Deputat Fəzail Ağamalı isə sosial şəbəkədə yazıb ki, lənətə gəlsin onun alimliyi və onu müdafiə edənlər: “Primakov Qarbaçov qədər qatildi, 20 Yanvar qətliaminin təşkilatçılarındandır. Onu təbliğ edənlər də Primakov qədər xalqımızın düşmənləridir”.

Azərbaycan Xalq Partiyasının sədri, sabiq baş nazir Pənah Hüseyn isə “Yeni Müsavat”a açıqlamasında Primakovla bağlı məsələyə münasibət bildirərkən dedi ki, cəmiyyətin etirazı haqlıdır və bir həftədir bu məsələnin gündəmdən çıxmaması normaldır. Cəmiyyət haqlı olaraq etiraz edir, etirazını da bildirməlidir: “Bu məsələ niyə kənara qoyulmalıdır ki? Qarşıdan 20 Yanvar qətilamının 30 illiyi gəlir. 20 yanvar məsələsi millət və dövlət kimi mövcudluğumuzun əsas məsələlərindən biri kimi qalır. O baxımdan da bu məsələlər gündəmdən çıxmayacaq.

Pənah Hüseyn: ile ilgili görsel sonucu

Pənah Hüseyn: “Ona haqq qazandırmağa çalışanlar varsa, onlar yalnız xain kimi damğalana bilərlər”

Primakov 1990-cı ilin 20 yanvar qırğınının, Azərbaycan xalqına qarşı təcavüzün əsas ideoloqlarından, təşkilatçılarından, hətta bu təcavüzə Bakıda birbaşa rəhbərlik edən şəxsdir. Azərbaycan xalqına qarşı törədilən cinayətin başında dayanan adamlardan biri odur. Həmin qanlı əməliyyata Bakıda Yevgeni Primakov rəhbərlik edirdi. Ona görə də o, birbaşa məsuliyyət daşıyır. Heç bir halda onun bu fəaliyyətinə haqq qazandırmaq mümkün deyil. Primakova haqq qazandırmağa çalışanlar varsa, onlar yalnız xain kimi damğalana bilərlər. Primakov Azərbaycan xalqının qırğınının təşkilatçılarından biri olaraq Azərbaycan xalqı onu düşmən sayır. Onun Rusiya tarixində, SSRİ imperiyasında, sonrakı Rusiya Federasiyasındakı, elmdə rolunun bu məsələyə aidiyyəti yoxdur. Primakov Rusiya və sovet imperiyası üçün böyük işlər görübsə, bu, onun Azərbaycan xalqına qarşı törətdiyi cinayətə bəraət vermir".

Hacı Allahşükür Paşazadə: ile ilgili görsel sonucu

Hacı Allahşükür Paşazadə: “20 Yanvar hadisələrini unudanlar və unutdurmağa çalışanlar azərbaycanlı deyil”

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxulislam Hacı Allahşükür Paşazadə də facebook-dakı rəsmi şəbəkə hesabından 20 Yanvar və Primakovla bağlı paylaşım edib.

Şeyxulislam yazıb ki, 20 Yanvar hadisələrini unudanlar və unutdurmağa çalışanlar azərbaycanlı deyil.

Xatırladaq ki, ötən həftə Bakı Slavyan Universitetində (BSU) keçmiş SSRİ rəhbərliyində təmsil olunmuş, 20 Yanvar qırğınında rolu olan Yevgeni Primakovla bağlı esse müsabiqəsinin keçirilməsi ictimaiyyətdə ciddi narazılıq doğurub. Bununla yanaşı Rusiyanın Azərbaycandakı Mədəniyyət Mərkəzində Primakovla bağlı sərginin keçirilməsi də narazılıq doğurmuşdu.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin bu paylaşımını məsələyə münasibəti hesab etmək olar.

Qeyd edək ki, 20 yanvar 1990-cı ildə baş vermiş proseslərdə QMİ sədri öndə olan ictimai xadim olub.  O, Azərbaycanda hakimiyyət böhranından istifadə edərək ölkəni dini zəmində provokasiyaya çəkmək istəyən sovet rəhbəri Yevgeni Primakovun planını rədd edib. Belə ki, Y.Primakov Şeyxulislama hakimiyyəti götürəcəyi təqdirdə sovet ordusunun şəhərə girməyəcəyini vəd edib.

Bununla da Primakov  sovet rəhbərliyinin dünyanı aldatmağa çalışaraq Azərbaycandakı hadisələrin “islamçı ekstremistlərin” əli ilə dini zəmində baş verdiyi barədə yaydıqları yalanı üçün hüquqi zəmin yaratmağa cəhd edib. QMİ sədrinin  Y.Primakovla ciddi mübahisəsi düşüb və A.Paşazadə ordunun şəhərə girəcəyi təqdirdə bütün məsuliyyəti SSRİ rəhbərilyinin daşıyacağını deyib.

Şeyxulislam yanvarın 20-də şəhəri işğal etmiş sovet rəhbərliyinin, birbaşa müdafiə naziri Dmitri Yazovun Bakıda yerləşən mənzil qərargahına gedərək onu ağır sözlərlə ittiham edib.  SSRİ daxili işlər naziri Vadim Bakatin də həmin vaxt Yazovun yanında olub.  O, Yazovdan Azərbyacan xalqından üzr istəməsini tələb edib. Ertəsi gün DİN rəhbəri Bakatin yazılı üzr məktubu ilə Şeyxin yanına gəlib.

Bakı qırğınına etiraz olaraq A.Paşazadə SSRİ rəhbəri Mixail Qorbaçovu sərt ittiham edən bəyanat yayıb və onu qanlı qırğının günahkarı sayıb.

Bundan başqa, şəhidlərin çoxmilyonlu dəfninə rəhbərlik edən A.Paşazadə sovet ordusunun Bakıya soxulmasına və dinc əhalini gülləbaran etməsinə etiraz olaraq SSRİ Xalq Deputatı mandatından imtina edib.


Tarix: 6-11-2019, 09:04
Xəbəri paylaş





Xəbər lenti