Məmurların “dərman biznesi"nə ağır zərbə


Məmurların “dərman biznesi"nə ağır zərbə 

"Azərbaycana idxal olunan dərmanların qeydiyyat və gömrük prosedurunun sadələşdirilməsi ilə bağlı qanunvericilikdə dəyişikliklərin aparılması nəzərdə tutulur".

Səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib ki, Səhiyyə Nazirliyi tərəfindən bununla bağlı təkliflər hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub:

"Səhiyyə Nazirliyi ilə bərabər Dövlət Gömrük Komitəsi də bu məsələlərin həyata keçirilməsində aktiv iştirak edir. Düşünürəm ki, yaxın zamanlarda bu məsələ öz həllini tapacaq".

Qeyd edək ki, Baş nazirin müavini Əli Əhmədov bir müddət əvvəl  bildirib ki, ölkəyə idxal olunan dərman vasitələrinin ilk olaraq qeydiyyatı və gömrük rəsmiləşdirilməsi şərtləri sadələşdirilməlidir. Baş nazirin müavini bunun üçün dünya təcrübəsinin öyrənilməsinin və tətbiqinin vacib olduğunu vurğulayıb.

Maraqlıdır, idxal qaydaları sadələşdirilərsə, bu dərmanların qiymətlərinə təsir edə bilərmi?

Həkim-terapevt Rasif Bağırov Cebhe.info-ya açıqlamasında bildirib ki, dərmanların qeydiyyat və gömrük prosedurunun sadələşdirilməsinin qiymətlərə hər hansı təsiri gözlənilmir: 

“Guya ki, idxal olunan dərmanlar çox ciddi yoxlanırmış kimi, qaydaları sadələşdirirlər. Bəzi apteklərdə kifayyət qədər ştrix-kodu, barkodu olmayan dərmanlara rast gəlirsən. Və ya ştrix-kod olur, amma onun yalnız 3 rəqəmi düz gəlir, qalanları uyğun olmur. Baxırsan ki, İspaniya istehsalı olan dərmandır, amma üzərində ştrix-kodu yoxdur. Hansı zavod indi ştrix-kodsuz dərman istehsal edir. Adi İsmayıllının şoru üzərində ştrix-kodla gətirilir, amma dərmanlar yox. Saxta dərmanlar apteklərdə hardan peyda olur, bunların hamısı gömrükdən keçir.

Burada qaydaların sadələşdirilməsini yox, dərmanların gətirilməsində gömrük prosesinin beynəlxalq standartlara, heç olmasa, Azərbaycan standartlarına uyğunlaşdırılmasını təmin etmək lazımdır. Əks təqdirdə proses əvvəlki qaydada gedəcək. Ən yaxşı halda yoxlanılan sənədlərin 2-3-nü təxirə salacaqlar ki, bu da irəliləyiş deyil”.

Tarix: 7-11-2019, 21:02
Xəbəri paylaş





Xəbər lenti