Şuşanın dağları – göz dağımız..

  Gülyaz ƏLİYEVA
   Şuşanın dağları, başı dumanlı,
Qırmızı koftalı, yaşıl tumanlı,
Dərdindən ölməyə çoxu gümanlı…

Çox uzaqlardan,_Əsgəran qalasının o tayından Xan əminin yanıqlı, dərdli səsi meh qanadlarında havalanıb qulaqlarıma gəlir! Oxu, Xan əmi, oxu! Bəlkə, mürgüləmiş ruhları, yatmış vicdanları oyadıb, daş qəlbləri əridəsən!
…Şuşanın dağları həmişə dumanlı olub!.. Bu dağlardan zaman-zaman duman çən, qəzavü-qədər əskik olmayıb! Müstəqilliyimizə, suverenliyimizə, dövlətçiliyimizə təhlükə də həmişə_əsrin əvvəlində də, sonunda da Qarabağdan, Şuşa ətrafı dağlardan , onun erməni fitnəsi, rus hiyləsindən dumanlanmış dağlarından, bu gözəlliyə tamah salan mənfur, xardan, ermənidən, rusdan gəlib! Bu kobud, qaniçən xar bülbülün köksünü dəlməyə çalışıb həmişə!… Bəlkə, elə buna görə Uca Yaradan məhz bu təbiətə xas edib bu bir-birinə əks təşkil edən kobud xarı və zərifliyi ilə seçilən gülü və bülbülü – xarıbülbülü! Bir yerdə xəlq edib, məhz bu torpaqda! O xarı, o düşməni unutmayaq deyə, xarıbülbülü bizə gözdağı edib!…
Təbiətlə insan, insanla cəmiyyət həmişə vəhdətdə olub, bir-birini tamamlayıb…
….Yamyaşıl çəmənlikdə al qırmızi lalələr, gömgöy səma altında, ay -ulduzun işığında bərq vuranda insan buna heyrətlənməyə bilməyib ..Təbiəti təqlid edən, Vaqifin geyimi, bəzəyi, oturuşu -duruşu, “şirin ixtiıatı”, “şəkər gülüşü” ilə canlar alan gözəlləri də libasları – göy cıqqası, qırmızı koftası, yaşıl tumanı ilə bu təbiətlə həmahənglik təşkil ediblər…
Cəmiyyət öz dövlətinə olan sevgi və məhəbbətini sevgilisinə, Tanrı haqqına bərabər tutduğu ana haqqı kimi bəslədiyi məhəbbət kimi uca və müqəddəs, toxunulmaz, qeyrət-namus nişanəsi sanıb Göy Moğaldan qalmış. göy rəng, müqəddəs dərgahın yerləşdiyi səmadan, həmçinin toxunulmaz gız-gəlinin, xanımların, ismətli anaların baş tacı olan baş geyimlərindən almışdı, ona görə bayrağımızda başda, zirvədə gəlirdi göy rəng! Aşağıda – yerdə yaşıl çəmən olduğundan aşağıda islamın əsrlərdən bəri düşmənlərin sarsıda bilməyən inamı yerləşirdi! Hər şey onun üzərində bərqərar olmuşdu. Bu çəmənlikdə azadlıq, müstəqillik, suverenlik uğrunda şəhidlərin qanı idi qırmızı, göylə yaşıl, səma və yer arasındakı qırmızı, igidlərin, qazilərin, şəhidlərin namus-qeyrət, azadlıq yolunda tökülən qandan rəngini alıb lalələr də! ….Yenə təbiət və cəmiyyət!…və yuxarıda parlayan ay-ulduz!
…Bu gözəllərin dərdindən, bu bayrağın uğrunda çoxları can verdi , çoxları can verməyə gümanlı oldu!…
…Yenə yel qanadlarında gələn sehrli səs!
…Şuşada axşamlar yanar ulduzlar,
Onlardan gözəldi gəlinlər, qızlar,
Oturub yol üstündə yolunu gözlər!…

Bu misralar gözlərim qarşısında yaxın keçmişin zərif dummanına bürünmüş 2 mənzərəni canlandırır:
…Suşada hava büllur kimi saf, şüşə kimi tərtəmiz olduğundan orada ulduzlar qeyri-adi parıltı ilə parlayırdı, bu möcüzəli təbiətin təsirindən gözəlliyi ilə ulduzlardan seçilmıyən qız-gəlinlər də kəlağayılarını başlarına atıb axşamları sərin havada oturub işəmi, döyüşəmi yola saldıqları yarların gözləyirlər – “Ərim gəldi” qayasında…
…Amansız qırmızı terrordan müxtəlif ölkələrə səpələnmiş azadlıq aşiqləri mühacirətdə Vətən sarı baxıb ay-ulduzlu bayrağın bir daha yüksələcəyi günü gözləyirlər eyni həsrətlə!!!…
Bir səs gəlir uzaqdan, oxu, Xan əmi:
Şuşanın dağları yenə başı dumanlı!!!…
Yenə həsrət, yenə hicran!
Tarix: 10-11-2019, 10:20
Xəbəri paylaş





Xəbər lenti