“BU MİLLƏT, BU DÖVLƏT NƏ QƏDƏR TÖHMƏT, TƏHQİR ALTINDA YAŞAYACAQ?”!!!


PAYLAŞIN

“LAVROV HƏYASIZ BİR BƏYANAT VERDİ, CAVAB VERƏN OLMADI…

PAŞİNYAN NÖVBƏTİ AQRESSİV, AŞAĞILAYICI BƏYANATINI VERDİ, YENƏ CAVAB VERƏN OLMADI…

… İNDİ NECƏ OLACAQ?” !!!

Fb-NİN GÜNDƏMİNDƏN 

Lavrov bir həyasız bəyanat verdi, cavab verən olmadı. Paşinyan növbəti aqressiv, aşağılayıcı bəyanatını verdi, yenə cavab verən olmadı.

İndi necə olacaq? Bu millət, bu dövlət nə qədər töhmət, təhqir altında yaşayacaq?

Lavrova və Paşinyana ən doğru cavab Azərbaycan Ordusunun bütün cəbhəboyu hücuma keçməsi ola bilərdi. Təəssüf ki, biz hələ gözləmə mövqeyindəyik.

Hakimiyyətin gücü onsuz da zəiflədilmiş müxalifətə çatır. Söyür, döyür, həbs edir, bütün dünyanın gözü önündə aşağılayır, təhqir edir. Hakimiyyət müxalifətə qarşı elə pis münasibət sərgiləyir ki, heç ermənilərə elə pis münasibət bəsləmir.

Belə halda torpaq işğaldan azad olunmaz…

Tarix: 15-11-2019, 13:55
Xəbəri paylaş





Xəbər lenti