Mühacirlər – ölümdən qaçanlar, “ağ gün”ə gedənlər, varidat qaçıranlar, “xidmət”çilər, umsuq olanlar…











Dünya mühacirlərlə, qaçqınlarla dolub-daşır. Planetdə elə bir ölkə yoxdur ki, ona müəyyən kəmiyyətdə könüllü mühacir və ya məcburi qaçqın sığınmasın.

Heç elə bir dövlət də yoxdur ki, onun müəyyən sayda vətəndaşları yaşamaq üçün başqa ölkəyə getməsinlər.

Norveç, İsveçrə kimi cənnətməkan, firavan ölkələrdən belə, ABŞ-a, Almaniyaya, Kanadaya gedənlər var.

Kanada kimi ən yüksək rifah səviyyəsində olan ölkədən İspaniyaya, İtaliyaya köçənlər də tapılır. Hərənin bir səbəbi var. Biri ailə durumuna görə gedir, beşi qardan, şaxtadan bezir və isti iqlimdə yaşamaq istəyir, onu daha firavan yaşamaq, daha gəlirli işdə çalışmaq niyyəti güdür və s. 

Похожее изображение

Bir də öz vətənindən canını, ailəsini götürüb gedənlər, müharibədən, ölümdən, aclıqdan, hüquqsuzluqdan qaçanlar var. Onlar daha çoxdurlar. Dünyadakı qaçqın mühacirlərn yarıdan çoxu onların payına düşür.

Diktaturadan, amansız rejimlərdən qaçanlar da çoxdur. Bu cür qaçışlarda siyasi təqiblərin də böyük rolu var. Müstəbid rejimlər siyasi rəqiblərini təqib edirlər və onlar məcbur olaraq ölkəni tərk edirlər – həbs edilmək, türmələrdə çürümək, edam olunmaq istəmirlər.

Heç bir ölüm təhlükəsinə, siyasi təqibə məruz qalmayan, amma öz ölkəsini başqa, uzaq bir ölkəyə dəyişmək istəyənlər də xeylidir. Onlar ölkələrinin bir tərəfində gedən müharibəni, yaxud da ölkəni idarə edən avtoritarı rejimi bəhanə edərək daha yaxşı şəraiti və imkanları olan ölkədə özlərinə, daha çox da övladlarına firavan güzəran qurmaq istəyənlərdir.

Картинки по запросу zamirə hacıyeva

Vaxtilə öz ölkəsində yüksək vəzifələr tutmuş, milyonlar qazanmış (mənimsəmiş, oğurlamış), sonradan vəzifədən götürüləndən sonra qanunsuz topladığı varidatın bir gün əlindən alınacağını düşünərək öz ölkəsini dəyişən, daha təhlükəsiz ölkələrə daşınanlar da var. Onlar azdırlar, hər ölkədə 100-150 (bəlkə də 300-500) nəfər beləsi də var.

Картинки по запросу Alanya hollanda mahallesi

Bunlardan başqa, öz ölkələrində kifayət yaxşı yaşadıqları, hər cür varidata malik olduqları halda, başqa ölkələrin ərazisində mülk alaraq, ilin dörddə üçünü həmin ölkədə yaşayan, öz ölkəsinə qonaq kimi gəlib-gedənlər də az deyil. Məsələn, Almaniya, Hollandiya, İsveç, Rusiya vətəndaşları kütləvi şəkildə Türkiyənin və Yunanıstanın (eləcə də o biri isti ölkələrin) kurort zonalarında bahalı mülklər alıblar və əməlli-başlı daimi yaşayış kvartalları salıblar. Təkcə Antalyanın Alanya şəhərində 50 mindən artıq əcnəbi mühacir yaşayır – həm də il- on iki ay.

 Картинки по запросу hayat kadınları antalya

Bunlarla yanaşı, başqa kateqoriyadan olan mühacirlər də var – seks industriyasının “fəhlələri”. Onlar da dünyanın hər tərəfində fəaliyyət göstərirlər. Tayland, BƏƏ, Türkiyə, Meksika, Braziliya, Belçika İspaniya, İtaliya, Yunanıstan, CAR və bir çox başqa ölkələr bu kateqoriyadan olanların kütləvi şəkildə sığındıqları ölkələrdir. Oralarda onlara daimi iş var.

Картинки по запросу rohincalılar

Bunlar rohincalı qaçqınlarıdır. Onları əzəli vətənlərində - Myanmada kütləvi zorakılığa məruz qoyublar. Bu binəsib xalqın ölkə dəyişməkdə yeganə məqsədləri mövcudluqlarını qorumaq, körpələrini sabahkı günə salamat çıxarmaqdır.

Картинки по запросу benqal miqrantlar 

Dünyanın ən çoxsaylı qaçqın-mühacir kütləsi olan suriyalılar. Sayları milyonlarla ölçülür. Öz ərəb qardaşlarının yaşadığı ölkələrdən başqa bütün əlçatan ölkələrə sığınıblar. Onlar labüd ölümdən, zoraıklıqdan qaçırlar. Bir çox hallarda onlar güllədən qaçdıqları yerdə Aralıq dənizinin sularına gömülürlər. Belə bir versiya güclənməkdədir ki, bu bəxtsiz insanları dənizdə qəsdən batırırlar.

Картинки по запросу benqal miqrantlar

Banqladeşli qaçqınlar. Musson yağışları yağanda üçdə ikisi sular altında qalan bu kasıb ölkənin on milyonlarla sakininin yeganə arzusu fürsət yaranan kim gəmi-bərələrə doluşub bu səfalət məkanını tərk etməkdir. Onların bir devisi var – “Banqladeş olmasın, hansı ölkə olur, olsun”.

Картинки по запросу hindistanlı miqrantlar bəə-də

Hindistanlı mühacirlər. Əhalisinin sayı milyard yarıma çatmış (bəlkə də aşmış) Hindistan öz övladlarının hamısını lazımınca yedirib-içirdə bilmir. Ona görə də hindistanlılar öz ölkələrində hər hansı bir siyasi təqibə və ya ölüm təhlükəsinə məruz qalmasalar da, iş tapmaq ümidilə dünyanın dörd bir yanına gedirlər, ən çox da varlı ərəb ölkələrində “qara işlər” görərək ağ günə çıxmaq istəyirlər.

 Похожее изображение

Orta Asiyalı əmək mühacirləri. Onlar kütləvi şəkildə Rusiyaya sığınıblar. Kuril adalarından ta Kalininqrada qədər onları hər yerdə görmək olar. Başlıca məqsədləri sığındıqları ölkələrdə pul qazanmaq, vətəndə qalmış ailələrinə göndərməkdir. Onlar sonradan ya bu ölkədə kök salır, ya da qocalanda vətənlərinə qayıdırlar.

Картинки по запросу azərbaycanlı miqrantlar Moskvada

Azərbaycanlı əmək mühacirləri. Bizimkilər Rusiyada və Ukraynada əsasən ticarət və xidmət sahəsində fəaliyyət göstərirlər. Sayları yüzminlərlə ölçülür. Xüsusilə də Rusiyanın hər bir vilayətinə, şəhərinə səpələniblər. Tam əksəriyyəti məcbur olmadıqca ölkəyə qayıtmaq fikrində deyil.

Картинки по запросу Rusya, ukrayna uyruklu fühuş operasyonu

Rusiyalı və ukraynalı seks mühacirləri. Bunlar seks aclığı çəkən Şərq ölkələrində yaşayaraq 15-20 il çalışdıqdan və pul topladıqdan sonra öz ölkələrinə qayıdırlar. Ya da onları vaxtından əvvəl, bu şəkildə göründüyü kimi, əməliyyat keçirərək, saxlayır, öz ölkələrinə deportasiya edirlər.

 Картинки по запросу rusiyalı oliqarxlar ispaniyada

Oliqarx mühacirlər. Yuxarıda deyildiyi kimi belələri azdır. Amma hər bir ölkədən belə şəxslər çıxır. Onlar öz ölkələrində xalqdan, dövlətdən oğurladıqları pulu başqa ölkələrdə sərbəstcə və bola-bol xərcləyirlər. Böyük məbləğlər müqabilində yaşayış izni də alırlar, vətəndaşlıq da. Bunlar qaçqın deyillər, qanun qaçağıdırlar.

Картинки по запросу deportasiya olunan azərbaycanlılar

Belələri də var. “Yaxşı yaşamaq” üçün böyük ümidlərlə Avropa ölkələrinə gedən, amma həmin ölkədə yaşamaq imkanı verilmədən geri qaytarılan, ümidləri puç olan adamlar. Onlar suriyalı, əfqanıstanlı, banqladeşli miqrantlar qədər bədbəxtdirlər.

Uzun sözü kəsəsi

Bu dünyada heç kəs öz vətənin kefindən tərk etmir. Hərənin bir səbəbi var, sadəcə, bəzilərininki avantüristlikdir, macərapərəstlikdir. Mühacirət etməsi son çarə olanlardan fərqli olaraq, heç bir məcburiyyəti olmayan, amma əlindəki ilə kifayətlənməyən, daha çox şey əldə etmək istəyən tamahkarlar da var. Onların işi lap çətindir, çünki çox istəyərkən azdan da olurlar.

Musavat.com

Tarix: 16-11-2019, 14:35
Xəbəri paylaş





Xəbər lenti