“Koronavirus oyundur” deyən rus yazıçıdan yeni sensasion açıqlamalar: “Sentyabrda meydan hərəkatları hazırlanır..”

 

Sergey Peresleqin: “Koronavirus kartı” ilə hələ uzun müddət də oynamaq olar. Amma karantin rejiminin uzadılmasının daha heç bir mənası qalmır. Hamı bu karantin rejiminə alışdı, daha ondan istifadə mənasız işdir”  

Dünyada koronavisus böhranı başlayandan bəri fikirləri ən çox diqqət çəkənlərdən biri də tanınmış rusiyalı yazıçı və futuroloqu Sergey Peresleqindir. 

Ötən ay onun Rusiya mediasına verdiyi sensasion müsahibəsi ilə Musavat.com oxucularını tanış etmişdik ki, bu yazı xeyli diqqət doğurmuşdu. Sergey Peresleqinin aprelin 25-də internet televiziyaların birinə verdiyi müsahibə də son dərəcə ilginc və sensasion iddialarla zəngindir. Bu, sizə ötən ay təqdim etdiyimiz fikirlərin əslində davamı və yekunu da hesab oluna bilər.

Peresleqin öncə deyib ki, koronovirusla bağlı son 10 gündə xeyli maraqlı gəlişmələr yaşanmaqdadır: “Ən azı bu mənim yaşadığım Sankt-Peterburqda belədir. İnsanlar yavaş-yavaş məntiqi düşünərək özləri koronovirusla bağlı rəqəmləri incələməyə başlayıblar. Onlar ətrafında, yaxın adamlarında neçə adamın bu virusa yoluxmasını göz önünə gətirərək sərt karantin qaydaları ilə müqayisə edirlər, sonra buna etiraz edirlər. Moskva merinin buraxılış sisteminin bütün ölkədə tətbiqi ilə bağlı təklifi ola bilsin ki, reallaşsın. Amma bunun heç bir uğurlu nəticəsi olmayacaq. Adamlar artıq bu karantin qaydalara əməl etmirlər. Cərimələrin artırılması ilə heç nəyə nail olmaq mümkün deyil”.

Yazıçı fikrini izah etmək üçün Rusiyada inqilabəqədərki dövrə nəzər yetirib və Leninin məşhur “Aşağılar əvvəlki kimi yaşamaq istəmir, yuxarılar isə əvvəlki kimi idarə edə bilmir” tezisini yada salıb: ”Lenin bu nəticəyə gəlməklə ciddi yanlışa yol verib. İnsanların əksəriyyəti həmişə köhnə qayda ilə yaşamağa üstünlük verirlər. İndi isə Moskva meri  onları -  köhnə qaydalarla yaşamaq istəyənləri təxribata çəkir. Rusiyanın müxtəlif yerlərdə karantin rejiminə qarşı kortəbii etirazlar buna misal ola bilər, amma bu, inqilab deyil, üsyandır. Moskvada bu üsyan hələ ki, yoxdur. Problem onda deyil ki, biz baş verənlərin adını inqilab və ya qiyam qoyaq. Problem ondadır ki, hakimiyyət artıq nə köhnə qayda, nə yeni qayda ilə idarə edə bilir”. 

images.jpg (11 KB)

Yazıçının fikrincə, pandemiyadan sonra bütün sahələrdə, hətta yeni dövrün tələbinə çevrilən məsafədən kompüter əlaqəsi belə, hamı üçün əlçatan olmayacaq, sosial bərabərsizlik daha da artacaq. Bu isə koranavirusun coğrafi hadisə deyil, sosial hadisəyə hədəfləndiyini göstərir.

Onun fikrincə, koranavirusla bağlı böhran artıq bitib: “Bəli, “koronavirus kartı” ilə hələ uzun müddət də oynamaq olar. Fransa karantinin müddətinin mayın 5-dək, Ukrayna karantin müddətinin mayın 11-dək uzadıb. Amerika aprelin 30-da işə başlayacağını bəyan edib. Rusiya hələ dəqiqləşdirməsə də, mayın 11-dən 30- dək uzadılması barədə rəy var. Amma karantin rejiminin uzadılmasının daha heç bir mənası qalmır. Hamı bu karantin rejiminə alışdı, daha ondan istifadə mənasız işdir”.  

Rus yazıçı hesab edir ki, koronavirus krizisi  dünya strukturuna və sivilizasiyasına vurdğu zərbə  qəfil, əhatəli və qorxulu oldu: “Həm ABŞ, həm Çin, həm Rusiyanın ağır iqtisadi və insan itkilərinə baxmayaraq, bu krizis dəf edildi. İnsan övladı bütün dünyanı yenidən format edilməsi ilə bağlı zərbəni pis-yaxşı dəf edə bildi. Amma onu da qeyd edək-bütün gücünü sərf edərək, tükənərək...Burda isə ən vacib və qorxulu sual ortaya çıxır: dünya ikinci zərbəni gözləsinmi? Bir strateq mütəxəssisi  kimi deyirəm ki, bəli, biz ikinci zərbəni gözləməliyik. Nə vaxt? Əvvəlcə, bu karantindən qurtulmalıyıq, əks halda iki krizis bir yerdə effekt verməz. Prinsip etibarilə ikinci zərbə nə qədər tez olsa, hədəfə daha tez çata bilər. Amma yayın sonunadək belə bir ikinci planın hazırlanması mümkünsüz görünür. Avqustun sonu sentyabrda nəsə gözləmək ola bilər. İnanmıram ki, bu yenə bir virus məsələsi olsun. Düşünürəm ki, bu hansısa sosial hərəkat olacaq. Ukraynanın Maydan hərəkatına oxşayan, amma daha beynəlxalq miqyaslı, daha kütləvi... Strategiya üzrə mütəxəssis kimi onu da deməliyim ki, birinci zərbəyə(koronavirusa) o qədər maliyyə və digər resurslar cəlb edildi ki, mümkündür bu planı həyata keçirməyə, ikinci zərbəyə güc yetməsin. O zaman dünyanın ikinci zərbəni qorunmaq şansı var”.

Pereslenqin dediklərindən bəzi sitatlar…

…”Koronavirus  dünyanın yenidən format edilməsidir. Bizə deyirlər ki, səbirli olun, virus gedəcək, hər şey yenə öz axarına qayıdacaq. Amma heç nə əskisi kimi olmayacaq. Bu virus gedəcək, yerinə bir başqası meydana gələcək. Bu daha heç bitməyəcək. Nə baş verir? Dünyanın maliyyə bazarını, pul axınını yenidən reforma edir, yenidən strukturlaşdırırlar. Bu gün virusla mübarizə deyil, beynəlxalq kapitalın yenidən bölüşdürülməsi prosesi gedir”.

...“Gördüyünüz kimi, şirkətlər bir-birinin ardınca müflis olur. Aviaşirkətlər, turizm firmaları, kinoteatr və iaşə sektorları müflis olur. Bunları sonradan qəpik- quruşa alacaqlar. Bu, xüsusi maliyyə əməliyyatıdır. Ona görə də bu virus neçə-neçə ölkələri çökdürəcək”.

…”Ərzaq qıtlığı gözlənilmir. Ola bilər ki, müvəqqəti bəzi xaricdən gələn məhsullar azalsın. Amma bu müharibəni başlayanların bizi aclıqdan qırmaq fikri yoxdur. O baxımdan arxayın olmaq lazımdır”.

…”Süni intellekt dövrü başlayacaq. Artıq banklar və digər korporasiyalar süni intellektə bağlı sifarişləri artırıblar. Adamların bir- birinə şübhəli baxdığı dövrdə virtual əlaqələrin keyfiyyəti daha da artacaq. Bu baxımdan yeni peşələr yaranmayacaq”.

( Rus yazıçının bundan əvvəlki açıqlaması ilə bu linkdə tanış ola bilərsiz: https://musavat.com/news/rus-yazicidan-sensasion-iddia-virus-yoxdur-bu-xususi-emeliyyatdir-meqsed_688759.html )

Orxan ƏLİYEV,
Musavat.com

Tarix: 27-04-2020, 21:56
Xəbəri paylaş





Xəbər lenti