Baş Prokurorluq bir sıra rayonlarda yoxlamalara başlayıb və bəzi rəsmi şəxslər, o cümlədən struktur rəhbərləri barədə cinayət işləri açıb. Ovqat.com-un prokurorluq orqanlarından əldə etdiyi məlumata görə, bu dəfə icra başçılarının özləri yox, yaxın ətrafı mərcək altına alınıb.
Rayonlarda toplanılan məlumatlar DTX-nın yeni və daha geniş əməliyyatlara başlamasına yol aça bilər.
Məlumata görə, cinayət işləri əsasən
Masallı, Quba, Cəlilabad və Zərdab rayon İcra Hakimiyyəti başçılarının
inzibati ərazi nümayəndəliklərinin bəzi vəzifəli şəxslərinə qarşı açılıb.