“Əgər situasiya pisləşməyə doğru getsə, regional və ya daha geniş miqyasda karantin rejimi sərtləşdirilə bilər”.
Virtualaz.org bildirir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahda bu gün keçirilən brifinqdə TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib.
Y.Qarayeva Azərbaycan xalqına müraciət edib: “Biz karantin rejiminin yumşaldılmasını istəyirik, sərtləşdirilməsini deyil. Ona görə də xalqımız qaydalara riayət etməlidir. Görünən odur ki, karantin qaydalarına əməl olunmur. Hər kəs maskadan istifadə etməlidir”.