“Sübut etdik ki, son nəfəsimizədək vuruşaraq vətənimizi qorumağa qadirik...”-Erməni separatçısı...

    "Azərbaycan da sübut etdi ki, Şuşamız 30 il işğal altında qalsa da, buna dözəcək və sülhə sadiq qalacağıq..."  
Azərbaycanın işğal altındakı torpaqlarında qondarılmış separatçı-terrorçu rejimin başçısı Bako Saakyan  9 may- Şuşanın “azad olunması” günü münasibətilə dünya ermənilərinə həyasız təbrik bəyanatı ünvanlayıb.

Moderator.az xəbər verir ki, bu haqda Xankəndidəki  nəşrlər məlumat yayıb.

“Biz sübut etdik ki, son nəfəsimizədək vuruşmağa və  vətənimizi qorumağa hazırıq. Biz xarabalıqlar altından qalxıb dünya standartlarına uyğun azad, müstəqil, demokratik dövlət qurmağa qadirik...”-  Kremlin tulası B. Saakyan  belə deyib.

P.S. Düzdü, biz gözəl bilirik ki,  Rusiyanın hərbi-siyasi, iqtisadi,  Qərbin, əsasən Fransa və ABŞ-ın siyasi-ideoloji dəstəyi, eləcə də Azərbaycanda  nəyin bahasına olursa-olsun,   hakimiyyəti ələ keçirməyə çalışan güclər  olmasa,  ermənilər torpaqlarımızın bu dərəcədə işğalına nail ola bilməzdi. Ancaq fakt, gerçəklik budur ki, artıq 30 ilə yaxındır,  nəinki sovet dövründən Dağlıq Qarabağ adlanmış ərazimiz, ətraf 7 bölgəmiz də işğal altında qalıb və biz bu günədək bir dövlət, xalq kimi səfərbər olub Qarabağın azadlığı uğrunda qəti savaşa qalxmamışıq... 

P.P.S  Bəs hüquqi-tarixi torpaqlarımızın on illərlə işğal altında qalması müqabilində biz nəyi sübut etmişik? Biz də sübut etmişik ki,  ərazimizin 20 faizi on illərlər işğal altında qalsa da, biz dözəcək, o torpaqların əsl sahiblərinin dünyadan köməsini gözləyəcək və sülhə, "atəşkəs"ə sadiq qalacağıq... 


Tarix: 9-05-2020, 11:36
Xəbəri paylaş





Xəbər lenti