"Düşmənin ən zəif bəndi Azərbaycan əsgərinin süngüsünün ucundadır..."






Azərbaycan Ordusunun 18-22 mayda genişmiqyaslı əməliyyat-taktiki təlimlərə başlayacağı xəbəri Ermənistan müdafiə nazirliyini bəyanat verməyə məcbur edib. Düşmən, təlimlərin hücum xarakterli olmasından narahatlığını bildirməklə, guya Azərbaycanın beynəlxalq normalara əməl etmədiyini, COVİD-19 la mübarizə aparıldığı bir zamanda BMT Baş katibi Antonio Quterrişin çağırışlarına məhəl qoymadığını vurğulayaraq təhlükə yaranarsa cavab verəcəklərini bildiriblər. 
 
Düşmənin bəyanatı it haqqında klassik deyimi xatırladır: hürürəm qorxutmaq üçün, quyruğumu bulayıram qorxduğum üçün. Detallarına varmadan yalnız bunu demək olar ki, benəlxalq hüquq normalarından, BMT – dən danışan düşmənə xatırlatmaq lazımdır ki, sən Azərbaycan torpaqlarını işğal edəndə beynəlxalq normalara əməl etmişdin ki, indi beynəlxalq hüquqa hörmətdən danışırsan? 27 illik BMT qətnamələrini nə vaxt saya salmısan, hörmət qoymusan ki, indi bizi BMT baş katibinin çağırışlarına əməl etməyə çağırır, hələ bir virusla mübarizəni də yada salırsan? 
 
Qeyd edək ki, ermənilər MN-in bəyanatı ilə kifayətlənməyib, düşmən mediası keçiriləcək təlimlər haqqında həyəcanlarını gizlətmir, indiki vəziyyəti 2016-cı ilin apreli ilə müqayisə edirlər. Guya o vaxtlar Sərsəng su anbarı ətrafında, indi isə Xudafərin su anbarı ilə bağlı Azərbaycanın məsələ qaldırmasından narahatlıq keçirdiklərini, tarixin təkrarı olacağından ehtiyatlandıqlarını açıq yazırlar. 
 
Bu, nəyin əlamətidir? Düşmənin qorxusunun! Deməli, əvvəllər də qeyd etdiyimiz kimi 26 illik sülh danışıqlarının boşa çıxması və hədsiz vaxt itkisinə səbəb olması düşmənin işğalı davam etdirməsi siyasətindən qaynaqlanır. Döyüş isə düşmənin ən çəkindiyi yerdir. Məntiqlə nə etməliyik? Düşmənin zəif bəndindən vurmalıyıq. Bu zəif bənd Azərbaycan əsgərinin süngüsünün ucundadır. O süngü düşmənin köksünə sancılanda işğala da son veriləcək. İşğala son!

Moderator.az
Tarix: 15-05-2020, 16:17
Xəbəri paylaş





Xəbər lenti