“Sərt karantin rejimində uzun müddət yaşaya bilmərik” - QƏRARGAH


“Sərt karantin rejimində uzun müddət yaşaya bilmərik” - QƏRARGAH

“Sərt karantin rejimində uzun müddət yaşaya bilmərik. Dünyada ciddi dəyişikliklər olub, xüsusilə insanların sosial və iqtisadi həyatında. Xəstəlik yaxın zamanda bizi tərk etməyəcək. O, sürətlə yayıla bilər. Bütün göstəricilər bunu göstərir”.

Cebhe.info verir ki, bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, bütün dünyada xəstəliklə bağlı vəziyyət çətindir: “Bundan sonra kontrollu sosial həyat devizimiz olacaq. Bu da tibbi maska və 1,5-2 metr sosial məsafədir”.

Tarix: 16-05-2020, 00:11
Xəbəri paylaş





Xəbər lenti