Azərbaycanda ilin sonunadək karantin rejimi davam edəcək


Azərbaycanda ilin sonunadək karantin rejimi davam edəcək

Ramin Bayramlı: “Virusla birgə yaşamağa öyrəşməliyik”

 

Beynəlxalq təcrübəyə baxsaq, görərik ki, bütün dünya ölkələri sərt karantin rejimindən daha çox, vətəndaşları virusla birgə yaşamağa alışdırmağa başlayıb. AYNA xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü birifinqində TƏBİB-in sədri Ramin Bayramlı deyib.

 

O bildirib ki, hər kəs bu çağırışa əməl etməlidir: “Biz virusla birgə yaşamağa öyrəşməliyik. Bütün görüləcək tədbirlərə baxmayaraq, virus bizim aramızda qalmağa davam edəcək. Çünki virusun radikal kənarlaşdırma metodu vaksinasiyadır. Yaxın bir il ərzində isə vaksinin əldə olunması gözlənilmir”.

 

“Digər radikal kənarlaşdırma metodu müalicədir. Virusu tamamilə orqanizmdən kənarlaşdıran antivirus müalicəsi isə yoxdur. Bu baxımdan da bütün sosial, iqtisadi və psixoloji amillər onu deməyə əsas verir ki, qaydalar çərçivəsində yaşamağa alışmalıyıq. Ona görə də bu ilin sonuna qədər ölkəmizdə xüsusi karantin rejimi davam edəcək”, - deyə Bayramlı əlavə edib.


Tarix: 16-05-2020, 13:49
Xəbəri paylaş





Xəbər lenti