Süni məskunlaşdırma, yeni kənd, kollec tikintisi... - Ermənilərin Laçın planları





Bu gün Laçın rayonunun erməni hərbi birləşmələri tərəfindən işğalının 28-ci ili tamam olur.

Modern.az xatırladır ki, 1992-ci il mayın 18-də Laçının düşmən əlinə keçməsi ilə Ermənistanı Dağlıq Qarabağa birləşdirən yeganə yol açılmış oldu.

28 il rayonu işğalda saxlayan Ermənistan hakimiyyəti yerli erməni əhalisi olmayan bölgəyə 1990-cı süni məskunlaşdırma siyasəti həyata keçirməyə, Ermənistandan və diasporadan insanlar köçürməyə başlayıb.

Hazırda Laçında kənd təsərrüfatı kollecinin tikintisi gedir. ABŞ-ın “Abramyan” fondunun maliyyəsi hesabına tikilən kollec işğal altındakı ərazilər üçün kənd təsərrüfatı ekspertləri hazırlayacaq.  

Bu ilin sentyabrında tikinti işlərinin yekunlaşması gözlənilir. Bundan öncə, 2019-cu ilin dekabrında isə Laçında xəstəxana tikilərək istifadəyə verilmişdi.

Ermənistanın rəsmi məlumatlarında 2004-cü ilə qədər Qarabağa 30 min, Laçına isə 12,3 min sakinin süni məskunlaşdırıldığı etiraf olunur. Onların bir qismi müharibə zamanı viran qoyulmuş Zabux kəndinin yerində tikilən Ariavan kəndinə köçürüləcəklər.




Tarix: 18-05-2020, 14:17
Xəbəri paylaş





Xəbər lenti