Natiq Cəfərli karantin rejiminin niyə yumşaldılmasına cavab axtarır


 “Anlayan var bu işin məntiqini? Yəni, normal anlayan?”
Karantin rejiminin yumşaldılması və bunun Azərbaycandakı əks-sədası ilə bağlı müxtəlif fikirlər var.
Musavat.com xəbər verir ki, Real Partiyasının icra katibi Natiq Cəfərli mövcud durumla bağlı tərəddüdləri olduğunu bildirib. Onun sözlərinə görə, hansı ölkənin ilk olaraq karantin tədbirlərinin məntiqsiz olduğunu etiraf edib öz vətəndaşlarından üzr istəyəcəyi sual yaradır: “Əgər bu virusun yayılma sürəti deyilən kimidirsə (hər yoluxan, azı 7-10 nəfərə virus yaydığı deyilir), o zaman indi karantin tədbirlərinin azaldılmasının mənası nədir?! Yəni, hər bir şəhərdə (bölgədə) 10 nəfər (lap az say götürək) virus daşıyıcısı qalacaqsa və karantin olmayacaqsa, həndəsi silsilə ilə həmin şəhərdə (və ya bölgədə) 1 aydan sonra hamı yoluxacaq axı?! Yaxşı, belədirsə nədən karantin hər yerdə ləğv edilir?! Yox, virusla yaşamaq mümkün idisə nədən karantin tədbirləri ilə dünya iqtisadiyyatını pis günə qoydular, nə səbəbə karantin rejiminə keçdilər?!”
N.Cəfərlinin sözlərinə görə, 2 ay öncə bütün dünyada karantininin tətbiq edilməsinin səbəbləri olub. Bu, xəstə sayının sürətlə artmamasına və səhiyyə sisteminin gərginlikdən qurtulmasına, reanimasiyada yerlərin tez dolmamasına hesablanmışdı: “Bunu anladıq, bəs axı indi də virus yerində, dərmanı yox, vaksini yox, xəstə sayı da çox – indi o zaman nədən karantin hər yerdə yumşaldılır?! Bu işin məntiqi nədir bəs o zaman?! Dolamısız insanları?! Düşündükcə daha çox cavabsız sullar yaranır, bəlkə mən nəyisə doğru anlamıram?! Anlayan var bu işin məntiqini?! Yəni, normal anlayan, Mason, çip zad söhbətini salmadan anlayan, anlada bilən varmı?! Belə çıxır ki, dünyada elə ən ağıllı rəhbər Lukaşenko imiş?!”
Tarix: 18-05-2020, 23:00
Xəbəri paylaş





Xəbər lenti