Məmurların ana dili problemi: "Dili bilməmək bərbad vəziyyətdir” - ŞƏRH

 

"Konkret olaraq şifahi nitqin pozulmasına görə qanunvericilikdə cərimə tətbiqi nəzərdə tutulmur. Bu, sırf mənəvi məsələdir".

Bunu “MediaPost”a açıqlamasında AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin aparıcı elmi işçisi, dilçi alim Şahlar Göytürk deyib. O, bəzi dövlət məmurlarının Azərbaycan dilində yaxşı danışa bilməməsinin cəmiyyət tərəfindən də birmənalı qarşılanmadığını söyləyib.
“Dövlət dili ilə bağlı kifayət qədər qanunlar, fərman və sərəncamlar var. Amma təəssüf ki, məmurlar bu məsələyə qeyri-ciddi yanaşırlar, öz üzərində işləmirlər. 10-15 il bundan əvvəl məmurlar ümumiyyətlə televiziyaya çıxmırdılar, ona görə də biz onların nitqindən xəbərsiz idik. Son vaxtlar isə məmurlar mətbuata daha çox açıq olublar. Ölkədəki vəziyyətlə bağlı ictimaiyyət qarşısında çıxış etməyə məcbur olurlar. Bu zaman onların dilində nöqsanlar olduğu üzə çıxır.
Bu isə daha çox məmurların Azərbaycan dilini yaxşı bilməməsi ilə bağlıdır. Bir sıra məmurlarımızın çıxışlarında rus kəlmələri işlətməsinin, rus dilinin intonasiyasından istifadə etməsinin şahidi oluruq. Ola bilər ki, həmin şəxslər dili əvvəldən öyrənməyib, Azərbaycandilli mühitdə olmayıb və s. Bu yolverilməzdir və cəmiyyətdə haqlı olaraq ictimai qınağa səbəb olur. Çünki müstəqil dövlətin dövlət dilini hər bir məmur bilməlidir. Bu, həm də onun vəzifə borcudur”.
Tarix: 19-05-2020, 13:56
Xəbəri paylaş





Xəbər lenti