"Qeyrəti olan hər vətəndaş bu gün Ali Baş Komandanın Şuşa ilə bağlı əmrini gözləyir…"

 

Regionun ən güclü ordusu bu dəfə də gücünü göstərməsə, deməli, bütün deyilənlər başımızı qatmaqdan ötrüdür...
3 cümlə ilə bir "quş"...
Sultan Laçın


Bu gün – mayın 21-i növbəti dəfə bütün dünyanın gözü önündə  müstəqil(!) Azərbaycan Respublikasının Ana Yasasının, Konstitusiyasının, qanunlarının, ərazi bütövlüyünün, xalqımızın şərəf və ləyaqətinin  apaçıq tapdanması saatları gözləyir -  gözəlimiz Şuşanın qoynunda, Azərbaycan torpağında “dırnaqarası”, “qanunsuz” növbəti  erməni “prezident”in təntənəli andiçmə mərasimi keçiriləcək, Cıdır düzündə atəşfəşanlıq, konsert, şadyanalıq təşkil ediləcək...
 
Son 28 ildə baş verənlər fonunda xeyli sadəlöhvlük kimi görünsə də, mövcud daxili və xarici gerçəkliklərdən  uzaq olsa da,  bundan sonra baş verə biləcəklər anlaşılsa da, bu gün milli namusu, qeyrəti olan hər kəs, hər bir vətəndaş  Ali Baş Komandan adını üzərinə götürmüş şəxsin Şuşa ilə bağlı  əmrini, ən azı,  o işğalçı, separatçı, terrorçu çaqqal-çuqqalla dolu olacaq binanın vurulmasını gözləyir…

Regionun ən güclü ordusu sayılan ordumuz bu dəfə də gücünü göstərməsə, qəti şəkildə əmin olacağıq ki, deməli, bütün deyilənlər, bütün emosiyalı çıxışlar, təlimlər bizləri uşaq yerinə qoyub başımızı qatmaqdan,  bəyanat, görüş, danışıq, diskusiyalarla və s. zamanı güdaza verib hər gün, hər saat o torpaqların azadlığı eşqi ilə yaşayan  bizlərin də dünyadan köçməsini gözləməkdən  ötrüdür... 

Sultan Laçın
Tarix: 21-05-2020, 11:41
Xəbəri paylaş





Xəbər lenti