"Həyasızlıq, əxlaqsızlığın pik həddidir"-Deputat

 




Xəbər veridyimiz kimi bu gün Ermənistanın Azərbaycanın işğal olunmuş Şuşa şəhərində qondarma rejimin "andiçmə" mərasimi təşkil edilib.
Məsələ ilə bağlı deputat Elman Məmmədov Sonxeber.az-a açıqlama verib.
Deputat, bildirib ki, mən bu sözü uzun illərdir ki, deyir və bu gün də təkrar edəcək:
"Düşmənin, işğalçının, bütün bu hərəkətlərinin qarşısını almaq, işğala son qoymaq və ərazi bütövlüyümüzü bərpa etmək üçün heç bir danışıqlar, qətnamələr, qərarlar bu günə qədər nəticə, fayda verməyib və bu gündən sonra da verməyəcəkdir. Yeganə yol Azərbaycan Ordusunun gücündən istifadə edib torpaqlarımızı işğaldan azad etməkdir:
"Bu artıq həyasızlıq, əxlaqsızlıq və faşizmin işğalçılıq siyasətinin pik həddidir ki, Azərbaycan torpağına Ermənistanın bütün siyasi rəhbərliyi səfər edir. Yəni, bunlar artıq hesab edirlər ki, bu ərazilər onlarındır və istədikləri vaxt gəlib-gedə bilərlər. Eyni zamanda ağızlarına gələni səsləndirirlər ki, biz müharibə ilə torpağı almışıq və bunu heç kimə danışıqla qaytarası deyilik".
Deputat bütün bu hərəkətlərin müqabilində bir cavabın olacağını bildirdi:
"Bu cavabı da Azərbaycan Ordusu verməlidir. Bizim torpaqlarımız Azərbaycan dövlətçiliyinin zəif olduğu bir vaxtda Ermənistan və Ermənistana havadarlıq edən qüvvələr, dövlətlər tərəfindən işğal olunub. Bu gün güclü Azərbaycan dövləti və güclü Azərbaycan Ordusu var. Azərbaycanda güclü iqtidar və güclü prezident var. Eyni zamanda Prezident cənab İlham Əliyevin ətrafında sıx birləşmiş Azərbaycan xalqı var ki, prezidentin bütün fəaliyyətini, siyasətini dəstəkləyir. Ona görə də biz ürəklə ordumuzun gücündən istifadə etməliyik. Yəni onlar qeyri-qanuni sərhədlərimizi pozub, ərazilərimizə yerləşib bizə meydan oxuyurlar, ağızlarına gələn bəyanatı verirlər. Bunun müqabilində Şuşa bu gün ermənilərin qan gölünə çevrilməli idi.
Azərbaycan Ordusu yüksək səviyyədə təlimlər keçirir. O təlimlər torpaqlarımızın işğaldan azad olunması uğrunda müharibəyə çevrilməli idi. Mən bir Azərbaycan vətəndaşı, məcburi-köçkün, soyqırım yaşamış bir insan kimi bunu gözləyirəm".  
Siam.az
Tarix: 21-05-2020, 18:00
Xəbəri paylaş





Xəbər lenti