Səməd Seyidov cəbhə xəttində: “Atışma gedirdi” - özəl


 “Elə indicə Quşçu Ayrım kəndindən qayıtdım. Atışma gedirdi. Faktiki olaraq biz də atışmada iştirak etdik”.
Bu sözləri Musavat.com-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov söylədi.
Telefon zəngimizə seçildiyi Qazax rayonundan cavab verən komitə sədri cəbhə bölgəsindəki son durumla bağlı məlumat verdi. Qeyd etdi ki, Ermənistan hərbçilərinin Quşçu Ayrım kəndini avtomat silahlarla atəşə tutmasına Azərbaycan əsgərləri cavab atəşi açaraq düşməni susdurub. S.Seyidov bildirdi ki, hal-hazırda Qazaxda, rayon icra başçısının yanındadır və bir azdan videokonfransı olacaq.
Qeyd edək ki, S.Seyidov aktual məsələlərlə bağlı Musavat.com-a müsahibə verəcək.
Tarix: 22-05-2020, 15:09
Xəbəri paylaş





Xəbər lenti