Bayram namazı fərqli ölkələrdə müxtəlif günlərdə qılınacaq


Bayram namazı fərqli ölkələrdə müxtəlif günlərdə qılınacaq

Ramazan bayramı fərli ölkələrdə ayrı-ayrı günlərdə qeyd olunacaq

 

Səudiyyə Ərabistanı, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Fələstin, Sudan, İraq, Yəmən, Misir, Liviya, Suriya, Livan, Əl-Cəzayir və Tunis kimi ərəb ölkələri Ramazan bayramını bazar günü, mayın 24-də qeyd edəcəklər. AYNA xəbər verir ki, sözügedən ölkələrin rəsmiləri tərəfindən verilən açıqlamada mayın 23-nün Ramazan ayının son günü olduğu, mayın 24-nün isə Şəvval ayının ilk günü olduğu və bayramın həmin gün qeyd ediləcəyi vurğulanıb.  

 

Sözügedən ölkələrdə ayın görünmədiyi bildirilsə də, bayramın astronomik hesablamalara görə, Ramazan ayının sonu ve Şəvval ayının başlamasıya təyin edildiyi bildirilib.

 

Qeyd edək ki, bir çox ölkələr Ramazan bayramını mayın 23-ü qeyd etsə də, sözügedən ölkələr də daxil olmaqla, Azərbaycan və Türkiyədə də ramazan bayramı mayın 24-də qeyd ediləcək.

Tarix: 23-05-2020, 12:35
Xəbəri paylaş





Xəbər lenti