Sabah Baş nazirin yenidən sərtləşdirilmiş karantin rejimi elan edəcəyi gözlənilir


 
Azərbaycan yenidən sərtləşdirilmiş karantin rejiminə qayıdacaq. Yenə iş yerlərinin bağlanması, icazəsiz çölə çıxmağa məhdudiyyətlər qoyulması gözlənilir.
 
Ovqat.com-un məlumatına görə, karantin rejiminin yumşaldılmasının koronavirus infeksiyasının daha kəskin yayılması ilə nəticələnməsi ölkə rəsmilərini bu qərarı verməyə vadar edib.
 
Məlumata görə, sabah Baş nazir Əli Əsədovun xalqa müraciətində bunu rəsmən elan edəcəyi gözlənilir.
 
Qeyd edək ki, bu gün ölkədə rekord səviyyədə yoluxma və ölüm faktı aşkarlanıb.  TƏBİB-in yaydığı məlumata görə, 325 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 5 nəfər isə dünyasını dəyişib. Azərbaycan kimi balaca bir ölkə gündəlik yoluxma faktına görə, İtaliya, Almaniya kimi ölkələri geridə qoyub. Bu da ölkə rəhbərliyini operativ tədbirlər almaq məcburiyyətində qoyub.
Tarix: 3-06-2020, 22:44
Xəbəri paylaş





Xəbər lenti