Azərbaycanda yoluxmaların artma səbəbi açıqlanıb


Azərbaycanda yoluxmaların artma səbəbi açıqlanıb

Hande Harmancı: “Artım özünü daha sürətli şəkildə iri ticarət mərkəzlərinin açılması və son yumşalma tədbirləri çərçivəsində büruzə verdi”

 

“Son günlər Avropada koronavirusa yoluxma sayında azalma müşahidə edilir. Azərbaycanda isə, yumşalma tədbirləri tətbiq edildiyindən, daha sonra metronun açılmasından sonra xəstəlikdə artım müşahidə olunur”.

 

AYNA xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində deyib.

 

“Artım özünü daha sürətli şəkildə iri ticarət mərkəzlərinin açılması və son yumşalma tədbirləri çərçivəsində büruzə verdi”, - o bildirib.

 

Əlavə edib ki, peyvənd hazırlandıqdan sonra onun əlçatan olması üçün bütün tədbirlər görüləcək: "Bu dövrə qədər də qoruyucu tədbirlərə ciddi əməl etməliyik".

Tarix: 4-06-2020, 23:28
Xəbəri paylaş





Xəbər lenti