Azərbaycanda koronavirusa daha 314 yoluxma: Ölənlərin sayı 88-ə çatıb


Azərbaycanda koronavirusa daha 314 yoluxma:           Ölənlərin sayı 88-ə çatıb

Müalicə alanlardan 69 nəfərin vəziyyəti ağır, 80 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir

 

Azərbaycanda daha 314 koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 125 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu barədə AYNA-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

 

Xəbərdə bildirilir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1947, 1954, 1956 və 1958-ci il təvəllüdlü dörd nəfər vəfat edib.

 

Hazırkı dövrədək ölkəmizdə 7 min 553 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib ki, onlardan 4 min 149 nəfər müalicə olunaraq sağalıb, 88 nəfər vəfat edib, 3 min 316 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 69 nəfərin vəziyyəti ağır, 80 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 339 min 876 test aparılıb.

Tarix: 7-06-2020, 22:30
Xəbəri paylaş





Xəbər lenti