Küçədə maska taxmaq lazımdırmı? – “Rospotrebnadzor”un mövqeyi


Gəzinti və fitnes məşqləri zamanı tibbi maska geyinmək təhlükəsizdir, amma xroniki xəstəliklərin olduğu hallarda həkimlə məsləhətləşmək lazımdır.

«Küçədə maska taxmaq lazımdırmı?» - sualını «Rospotrebnadzor»da belə şərh ediblər.

«Stopkoronovirus.rf» saytının xəbər verdiyi kimi, idarədə bildiriblər ki, koronavirus əleyhinə maskalar yoluxmuş insanların istifadəsi zamanı effektlidir. Pandemiya şəraitində və xəstəliyin simptomsuz formasında hər bir adama potensial infeksiya mənbəyi kimi baxmaq lazımdır.

Xatırladaq ki, bundan əvvəl İ. M. Seçenov adına Birinci Moskva Tibb Universitetinin Mikrobiologiya, virusologiya və immunologiya kafedrasının müdiri, Rusiya Elmlər Akademiyasının akademiki Vitali Zveryev «İnterfaks» agentliyinə bildirib ki, küçədə maska gəzdirmək məqsədəuyğun deyil, hətta təhlükəlidir. Çünki bu, ciyərlərin ekzeması, bronxial astma, göbələk, allergik və bakterial xəstəliklərin artmasına səbəb ola bilər.

«Mən görəndə ki, küçədə uşaqlara maska geyindiriblər, sual vermək istəyirəm - maska gəzdirəndən sonra, kim onlarda emfizemanı müalicə edəcək? Yaxud insanlar velosiped sürərkən maska taxırlar… Virus küçədə uçmur. Sosial distansiyaya əməl etsəniz, sizə heç bir virus keçməz» - Zveryev bildirib.

Onun sölərinə görə, insanların sıx olduğu yerlərdə, metroda, dükanlarda gerçəkdən maska taxmaq lazımdır. “Amma küçədə maska taxmağın heç bir faydası yoxdur, əksinə, ziyanı var”.

Buradan aydın olur ki, maska gəzdirmək məsələsinə yalnız inzibati prizmadan yanaşmaq olmaz./AzPolitika.info/


Tarix: 8-06-2020, 08:03
Xəbəri paylaş





Xəbər lenti