Iki günün xaosu: Dövlətə hansı məmurlar hesabat verməlidir?! ...Polismi günahkar millətmi?!

          
Iki günün xaosu:
Dünən paytaxtda vətəndaş dövlətinin başına zibil atdı, qaynar su tökdü. Dövlət deyəndə ki, polisin. İzah edirəm, polisin əynindəki uniforma dədəsinin ona aldığı bəy qəsdumu deyil. Dövlət simvolları ilə işarələnmiş uniformadır. Əslində vətəndaş polisi yox, dövlətini təhqir elədi, özü də bilmədən. Niyə belə alındı? Polis vətəndaşla niyə belə davranmağa məcbur qaldı? Bu situasiyanın yaranmasında maraqlı tərəflər varmı? Binaların üzərindən, ən müxtəlif rakurslardan kamera görüntülərini əldə edə, onu ictimailəşdirən güclər kimlərdir?Nəyin marağındadırlar? Niyə onsuz da gərgin olan emosialar bu qədər qızışdırılır? Və ya biz niyə emosialarımızı idarə edə bimirik? Niyə hər zaman qoruduğumuz dövlətə polisin uniforması üzərindən zibi tökürük?

İlk cümləni oxuyub söyən millətimə onu da deyim ki, bilirəm, razıyam, həm də çox razıyam, polisimiz ideal deyil. Amma polis həm də o qüvədir ki, istəsə də, istəməsə də vətəndaş bütün fərdi fövqəladə hallarında məhz ona sığınır, ondan mədət umur...
İndi dönək o möhtəşəm “Niyə?” sualına. Niyə bizə kolletkiv olmaq, birlik göstərmək, özümüzü qorumaq müdafiə eləməyi bacarmırıq? Biz nə zaman birlik göstərməyi bacarmayanlardan, populizm xatirinə danışanlardan olduq? Yenə sonuncudan başlayım. Məmurlar bizə ancaq qarına “işləməyi” öyrədəndən. Milli-mənəvi dəyərlər sıradan çıxarılandan. Fərdi maraqlar dövlət maraqlarını üstələdiyindən. Məmur olmaqdan çıxmışlar, bizi də millət olmaqdan çıxardandan...

Bəli, biz millət olmaqdan çox uzaqlaşmışıq. Marketlərə “hucum” bunun çox ciddi göstəricisidir. Bizi belə tərbiyə elədilər. Qarnın tox oldu, başın salamat qaldısa, get yaşa, şükür elə. Ağzını açanın gözü, əli qələm tutuanın qələmini qorxuzdular. Çünki belə talamaq, belə viran eləmək , son dərəcə rahatdır, asandır, problemsizdir.

İndi nə baş verir? İndi dünyanı yox, yer kürəsini idarə edən güclər, deyir ki, dayanın, sizi yenidən və kökündən silkələyirik. Beləcə bizə, dünyaya, yer kürəsinə, koronovirus müsibəti yolladılar. İndi hərə fərqli döyüşür bu mirətlə. Elə biz də. Və bu problem üzə həm də onu çıxardı ki, bizim kimi dövlətlər ciddi hədəfdir. Vətəndaşı yaxşı yaşamayan, amma böyük sərvəti olanlar. Ya biz dövlət və millət olaraq dəyişməliyik, ya da bizim təkcə adımızı saxlayıb, “işğal edəcəklər”. Kimin əli ilə orası bəlli deyil. Bizim üzərimizdən bir də bizi işğal etmək istəyənlər döyüşür. Yaxın uzaq qonşuları deyirəm. Ancaq bu barədə Azərbaycanın şanlı parlamentarilərinin, politoloqlarının, ekspertlərinin fikirlərini heş yerdə görə bilmir millət. Eləcə deyirik ki, xəstəlik var. Onlar da buna inanmırlar. Gendə millət kodu gizli də olsa var axı. O millət həm də sadələşdirilmi siyasi dildə izah tələb edir. Verilmir, qarşısına polis çıxır və beləcə qarşıdurma, xaos yaranır. Adı olur ki, polis özbaşınadır, millət də aqressiv və söyüşcül. Suam belə dövlət və millət dünyaya lazımdırmı? Qətiyyən! İşğal edin, sərvəti özlərindən önəmlidir! Bu gün biz özümüzü dqnyay belə tanıdırıq.

Yenə dönürəm ora, tutalım bu xəstəlik heç yoxdur. Bəlkə o təcili yardım maşınları məhlələrə boş-boşuna gəlir. Bizim cahilliyimiz ondadır ki, biz “oyunu” idrak edə, oynayıb uda bilmirik. Bizi cahilləşdirib oyuna cəlb edirlər. İşğalçılığın çox rahat variantlarından biridir. Cahil cəmiyyətlər rahat işğal olunar.

...Və iki gündür bizim paytaxtdakı olaylar. Polis vətəndaş qarşıdurması. Niyə polisin üzərinə qaynar su tökülür? Niyə başına zibil atılır? Və niyə dövlət adına DİN Yeni Yasamalda məlum ünvanda əməliyyat keçirməyə məcbur olur.

Əvvəla dövlətin uniformasına zibil atmaq cinayətdir və tərbiyəsizlikdir. İkincisi vətəndaş aşağılayıcı hər hansı fikir söyləmiş olsa belə, onun psixoloji durumu başa düşülməlidir. Aylardır çox adam ehtiyac içində, qapalı, izolyasiya edilmiş durumdadır. Onun üstünə hikkə ilə gedirləndə təbii ki, reaksiya adekvat olur. Əslinə vətəndaşı tərəfindən dövlət babanın belə alçaldılmasına səbəb, onun məmur balaları oldu.

Əhalinin həssas təbəqəsinə zor-güc bir ay verdikləri yüz doxsan manat yarıdımı, ikinci ay ödəməsinlər dəyə həmin təbəqəni açıb buraxdılar küçəyə. Diqqət edin uzunmüddətli izolyasiya, qismən yumşaldılma, yumşaldılma, ağır sərtləşdirmə. Çox sərt və insan beyni nəzərə alınmadan planlanmış gedişlərdir. Yəni sistemsizlikdir, yəni hazırlıqsız danranıldığının göstəricisidir. Yəni vətəndaşa yardımları necə olur olsun dayandırmaq ehtirasından doğan addımdır.

Nəticədə, aylardın demək olar ki, ciddi insidentsiz vətəndaşla anlaşan polis qarşıdurmaya məruz qaldı. Özü də elə bir təbəqə ilə ki, məhz onun çiyinlərində dayanıb dövlət.
Bu məqamda deyəcək heç nə qalmır. Sadəcə vətəndaşdan xahiş olunur ki, səbirli, səbirli, səbirli olsun...

O da var ki, biri qıraqdan baxıb soruşacaq ki, yaxşı, nə vaxta qədər?!.
Haqsız sual deyil. Axı mümkün idi, məsələn, mümkn idi ki, məhlələrdə çörək satışını təşkil edəsiniz. Kommunal xidmət işçiləri evlərdən zibil torbalarını toplamağa cəlb oluna bilərdilər. Dövlət də mühafizəsi ilə məşğul olardı. Olmazdımı? Hə, o alayı məsələ ki, belə sülh bəzilərinə sərfəli deyil, mütləq alçaldıcı, dövlətlə-vətəndaş arasına sədd çəkəcək bir şeylər törətməliydilər, niyəsə hələ ki, onlarda alınır, bizdə yox...

Jalə Mütəllimova-Seyidli
Tarix: 8-06-2020, 21:06
Xəbəri paylaş





Xəbər lenti