Azərbaycanın hərbi qələbəsi üçün tarixi fürsət yaranıb: “Vur, komandir, vur... Tam zamanıdır”

 

Mövcud yeni şərtlər rəsmi Bakıya hərbi əməliyyatların başladılması üçün geniş imkanlar açıb və Azərbaycanın qələbə şanslarını ideal səviyyəyə yüksəldib

Dünya düzəni sürətlə dəyişir. Dövlətlərarası münasibətlər yeni keyfiyyət qazanır. Buna paralel olaraq, dünyanın müxtəlif regionlarında mövcud olan münaqişələrə yönəlik maraqların da məzmun və keyfiyyətində fərqli meyllər formalaşmaqdadır.
Təbii ki, Cənubi Qafqaz regionunda da bir neçə önəmli münaqişə ocağı var. Və onlardan birisi – Dağlıq Qarabağ münaqişəsi Azərbaycanı birbaşa maraqlandırır. Çünki Azərbaycan Dağlıq Qarabağ münaqişəsini öz xeyrinə həll edərək, ərazi bütövlüyünü bərpa etməkdə qərarlıdır.
Şübhəsiz ki, hər hansı dövlət savaşa başlamazdan öncə bunun necə nəticələnə biləcəyini əvvəlcədən hesablayır. Əlbəttə, son nəticədə hesab tutmaya da bilər. Ancaq bununla belə, düşmən dövlətə məxsus bütün üstünlük və ya zəiflik faktorları təhlil edilir, buna uyğun savaş strategiyası, planı qurulur. İlk növbədəsə, geopolitik şərtlər, düşmənin hərbi gücü və iqtisadi potensialı ön planda tutulur.
Hazırda bütün şərtlər Azərbaycanın maraqlarına tamamilə uyğundur. Hər halda, üzdə görünən faktorlar belə düşünməyə əsas verir.

Məsələ ondadır ki, hazırda müstəqillik dövrünün başlanğıcından yerində saymaqdan uzağa gedə bilməyən Ermənistan artıq sürətlə zəifləməkdədir. Bu düşmən dövlətin maliyyə sistemi pozulub, iqtisadiyyatı isə çökmə mərhələsinə qədəm qoyub.
Əslində, Ermənistanın heç vaxt elə bir ciddi iqtisadiyyatı da olmayıb. Rəsmi İrəvan əsasən, erməni lobbisinin ianələri və bəzi himaydar dövlətlərin maliyyə yardımları hesabına dövlət büdcəsini formalaşdırırdı. Bu büdcə isə ən yaxşı halda, Azərbaycanın hərbi büdcəsi qədər olurdu.
İndisə dünyada situasiya ciddi şəkildə dəyişməyə başlayıb. Koronavirus pandemiyası dünya iqtisadiyyatını da sarsıtdığından Ermənistan kimsənin yadına belə, düşmür. Hətta iş o yerə çatıb ki, Ermənistan prezidenti Armen Sarkisyan Estoniyanın cəmisi 30 min avroluq yardımından sevincək olaraq, dəfələrlə təşəkkür edib.
İndi belə bir maliyyə-iqtisadi böhranın içində çabalayan Ermənistan sürətli inkişaf mərhələsində olan Azərbaycan iqtisadiyyatının gücü qarşısında necə tab gətirə bilər? Hələ Azərbaycanın neft sənayesindən əldə etdiyi gəlirləri də bura əlavə edəndə Ermənistanın nə qədər geri qaldığını təsəvvür etmək o qədər də çətinlik törətmir.
Halbuki müharibə şəraitində savaş meydanında sadəcə, yalnız ordu döyüşmür. Döyüşən ordunun əsas güc mənbəyi məhz onun arxasındakı ölkə iqtisadiyyatıdır. Çünki ordunun ən müasir silah-sursatla, hərbi texnika ilə təchizatı ilk növbədə iqtisadiyyatın qazandırdığı maliyyə gəlirlərinə bağlıdır. Ermənistan isə bu önəmli faktor üzrə Azərbaycana böyük fərqlə uduzur.
Təbii ki, bu, qarşıduran tərəflərin hərbi potensialında da özünü qabarıq şəkildə göstərir. Belə ki, beynəlxalq hərbi mütəxəssislərin ümumi rəyinə görə, Azərbaycanın Silahlı Qüvvələri Cənubi Qafqaz regionudakı ən güclü ordudur. Və başıpozuq, qomoseksualizmin geniş yayıldığı Ermənistan ordusunun, həm müasir silahlarla təchiz edilmiş, həm də yüksək döyüş hazırlığı keçmiş Azərbaycan ordusu qarşısında uzun müddət duruş gətirə biləcəyi demək olar ki, inandırıcı görünmür.
Daha bir önəmli faktor həm Azərbaycanda, həm də Ermənistanda hökm sürən daxili situasiyanın məzmun və keyfiyyətidir. Belə ki, Azərbaycanda daxili sabitlik hökm sürür. Maliyyə-iqtisadi vəziyyət stabildir, buna pararlel olaraq da ölkədaxili siyasi situasiya da qənaətbəxşdir.

Ancaq Ermənistan haqqında eyni fikirləri söyləmək qətiyyən mümkün deyil. Çünki Ermənistan mediasının verdiyi məlumatlara görə, bu düşmən ölkə ağır maliyyə-iqtisadi böhranla baş-başa qalıb. Belə vəziyyət isə öz növbəsində Ermənistanda daxili ziddiyyətləri dərinləşdirir, siyasi qarşıdurmaları intensivləşdirir.
Hazırda Ermənistan dövlət və cəmiyyət olaraq, yeni ağır bir kataklizmin içərisinə doğru yuvarlanmaqdadır. Koronavirus epidemiyası Ermənistan iqtisadiyyatına dağıdıcı zərbələr vurub, mövcudluğunu təhlükə altına salıb.
Təbii ki, belə vəziyyətdə baş nazir Nikol Paşinyan ilk və əsas hədəfə çevrilib. Onun reytinqinin sürətlə aşağı düşdüyü bildirilir. Və ölkədə narazılıq böyük sürətlə artmaqdadır.
Hazırda baş nazir N.Paşinyan bütün istiqamətlər üzrə sarsıdıcı siyasi zərbələr almaqdadır. Əhali onu hakimiyyətə gələrkən verdiyi vədlərin heç birisini yerinə yetirməməkdə suçlayır. Müxalifət baş nazir N.Paşinyanı səriştəsizlikdə və bacarıqsızlıqda qınayır. N.Paşinyanın vaxtilə hakimiyyətdən devirdiyi siyasi qüvvələrsə, baş naziri Ermənistanı Azərbaycanın qarşısında zəif və aciz duruma salmaqda ittiham edir. N.Paşiyana yönəlik bütün narazılıqlarsa, baş nazirin dərhal istefa verməsi ilə bağlı çağırışlarda birləşir.
Bütün bunlar da təsdiqləyir ki, Ermənistan 2016-cı ilin aprelində Azərbaycandan aldığı sarsıdıcı hərbi zərbələrdən sonra hələ də özünə gələ, dövlət kimi toparlana bilməyib. Və belə vəziyyət rəsmi Bakıya Azərbaycanın işğal olunmuş ərazilərini azad etmək üçün hərəkətə keçmək imkanları açır.

Onu da nəzərə almaq lazımdır ki, Ermənistan hazırda ölkədaxili böhranla yanaşı, beynəlxalq himayədarların itirilməsi prosesi ilə də üzləşib. Belə ki, ABŞ və Qərb baş nazir N.Paşinyanın Ermənistanı Rusiyanın forpostu statusundan çıxarmaq istiqamətində hər hansı cəhdinə şahid deyil. Və bəzi iddialara görə, vaxtilə hakimiyyətə gətirilərkən bununla bağlı vədlər vermiş N.Paşinyana qarşı etimad limiti bitməkdədir. Kreml isə erməni baş nazirin Rusiya əleyhinə mövqeyindən xəbərdardır. Və ona qətiyyən etibar etmir.
Hətta bəzi məlumatlara görə, Kreml N.Paşinyanın devrilməsi üçün Ermənistandakı rıçaqlarını da artıq hərəkətə gətirib. Bütün bunlarla yanaşı, beynəlxalq qurumların Ermənistanı Dağlıq Qarabağa birləşdirici magistral yol çəkmək niyyətinə görə qınamasısa, rəsmi İrəvanın ümumiyyətlə, təklənməsi anlamına gəlir.
Belə anlaşılır ki, həm Ermənistanın, həm də baş nazir N.Paşinyanın vəziyyəti heç də yaxşı deyil. Yaxın vaxtlardasa, bu düşmən ölkədə siyasi situasiyanın ümumiyyətlə, nəzarətdən çıxa biləcəyi, növbəti hakimiyyət çevrilişinin mümkünlüyü istisna edilmir.
Koronavirus pandemiyasının hazırda bütün dünyanı öz təsiri altına alması, əksər dövlətlərin, o cümlədən, ABŞ və Rusiyanın başının özünə qarışması Azərbaycanın işğal altındakı ərazilərinin azad edilməsi üçün qəti addımların atılmasına, hərbi əməliyyatların başladılmasına münbit şərait yaradır. Yəni hazırda bütün dünya koronavirusla savaşdığı bir vaxtda Azərbaycan da Ermənistanla müharibəyə başlaya bilər. Bütün şərtlər hərbi əməliyyatlar üçün əlverişli fürsət yetişdirib və Azərbaycanın qələbə şanslarını ideal səviyyəyə yüksəldib.
Bu baxımdan, “Vur, komandir, vur... Tam zamanıdır” çağırışı tamamilə cəlbedici görünür.
Elçin XALİDBƏYLİ,
Siyasi analitik
Tarix: 11-06-2020, 22:13
Xəbəri paylaş





Xəbər lenti