Zakir Fərəcovun gördüyü iş belə olur... - Biabırçı mənzərə...

           
Zakir Fərəcovun gördüyü iş belə olur... - Biabırçı mənzərə...
"Sumqayıt bulvarının qurtaracağının düz yaxınlığında heç də romatik olmayan, çox açınacaqlı mənzərə yaranıb.Ərazi əməlli-başlı zibil poliqonuna çevrilib". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Dənizin kənarındakı bu zibilxanada bulvarın uzadılması zamanı işlədilən tikinti materiallarının qalıqlarına, müxtəlif növ tullantılara, biçilmiş ot topalarına , daş parçalarına, bir sözlə hər cür zibil növünə rast əlmək olar.



Zibil buraya maşınlarla, özü də heç də adi vətəndaşlar tərəfindən tökülmür.

Ərazidəki zibil yığnağı günü-gündən artır.



Təbii ki, bütün bunlar ətraf mühitə ziyan vurur, ekologiyanı korlayır, antisanitariya şəraiti yaradır.Üstəlik bu ərazidən kanalizasiya suyu birbaşa dənizə axır.

Bu cür mənzərə bulvarın simasına da xələl gətirir.

Maraqlıdır ki,Sumqayıt şəhər icra hakimiyyəti bulvarın yanındakı bu aruzolunmaz vəziyyəti ən azından,çox güman ki, bilsə də heç bir tədbir gömür. Həmçinin aidiyyatı dövlət qurumları, ələlxüsus Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi və Sumqayıt şəhər Təmizlik Departamenti məsələ ilə bağlı bir tədbir gösrsəydilər pis olmazdı.Çünki bu ən azından qanunsuzluqdur".

DİA.AZ bildirir ki, ümumiyyətlə, Sumqayıtda anoloji problem dəfələrlə qaldırılsa da, nədənsə şəhər rəhbərliyi tərəfindən qulaqardına vurulur. Görünür, hörmətli Zakir Fərəcov cənabları o qədər arxayındır ki, bu kimi neqativlərin aradan qaldırılmasına cəhd göstərmir. Amma ETSN-nin bu məsələdə sakit qalacağı inandırıcı deyil. Çünki gördüyümüz və bildiyimiz odur ki, ETSN Hüeynqulu Bağırovdan sonra bu kimi olayları heç də görməzlikdən gəlmir. Kimliyindən asılı olmayaraq. Lap elə Zakir Fərəcov olsun

Dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...







Tarix: 13-06-2020, 10:41
Xəbəri paylaş





Xəbər lenti