Avropa sərhədlərini açır: Azərbaycanda rayon yollarını açmaq olarmı? - RƏY


Avropa sərhədlərini açır: Azərbaycanda rayon yollarını açmaq olarmı? - RƏY

Avropa ölkələrində karantin rejiminin yumşaldılması prosesi davam edir.

3 ay çəkmiş məhdudiyyətlərdən sonra Avropanın bir çox ölkələri 15 iyundan etibarən sərhədlərini yenidən açıb. Almaniya, Belçika, Fransa, Yunanıstan, Çexiya Respublikası sərhədlərini 15 iyunda açan ölkələr sırasındadır, Avstriya isə iyunun 16-dan bu addımı atıb. Sərhədlərin açılması Avropa Birliyinin bir çox vətəndaşlarını, Britaniyanı və Avropanın Şengen ərazisinin qalan hissəsini əhatələyir. Azərbaycanda isə yük daşımaları istisna olmaqla, yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxış qadağası qüvvədə qalır. Bununla yanaşı, Bakı, Sumqayıt, Abşeron rayonları da giriş-çıxışın qadağan edildiyi bölgələrdir.

Yola saldığımız son qeyri-iş günlərində sərt karantin qaydalarının tətbiqi paytaxt sakinlərinin şəhər ətrafına və rayonlara üz tutmasına səbəb olub. Kütləvi axın bir sıra yollarda sıxlıq və tıxac yaradıb. Tıxac zamanı isti havada maşında otura bilməyən insanlar yolun kənarına çıxaraq, bir araya gəliblər. Bu da sosial məsafənin qorunmamasına səbəb olub, virusun yayılmaması baxımdan karantinin tətbiqinin mahiyyətini pozub.

Belə olan halda sərt karantin günlərində çox sayda insanın paytaxtdan bölgələrə və geriyə müəyyən vasitələrlə axın etdiyini də nəzərə alaraq, Azərbaycanda rayonlara gediş-gəlişin açılması mümkündürmü? Bu məsələyə paytaxtın yükünün azaldılması və təmiz havanın insan sağlamlığına təsiri baxımından yanaşmaq olarmı?

Tibb elmləri dosenti, professor Adil Qeybulla Cebhe.info-ya açıqlamasında rayonlara gediş-gəlişin açılmasının tərəfdarı olmadığını deyib:

“Çox pis vəziyyətdəyik. Əslində, həm Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən yanlışlıqları, həm də insanların xeyli səhvi ucbatından Abşeron yarımadasında əhalinin böyük bir hissəsinin yoluxma potensialı ilə üz-üzəyik. Mən rayonların səfərlərin açılmasının qəti əleyhinəyəm. Onsuz da insanlar rayonlara getmək üçün müxtəlif dolanbac yollardan istifadə edirlər. Əgər yollar açıq olsa, infeksiya çox rahatlıqla bölgələrə daşınacaq. Bu da epidemioloji coğrafiyanın genişlənməsi deməkdir”.

Tarix: 16-06-2020, 15:41
Xəbəri paylaş





Xəbər lenti