Minaların xəritələrini verin, diversantlarınızı geri alın!



 
Təəssüf ki, “hərbi əsirlər” məsələsində canfəşanlıq edən beynəlxalq aləm bu məsələdə olduqca təmkinli davranır. Halbuki, Konkret Silah Növlərinin Tətbiqinin Qadağan Olunması və ya Məhdudlaşdırılması barədə BMT Konvensiyasının II Protokolunda (1996-cı il düzəlişləri ilə) təsbit olunur ki, minalanmış sahələrə aid bütün məlumatlar qeydə alınır və hərbi əməliyyatlar bitəndən sonra münaqişədə qarşı tərəfə təqdim edilir. Göstərilir ki, həmin qayda münaqişə zamanı üzərində nəzarət itirilmiş ərazilərə də aiddir (maddə 9). Konvensiyanın pozulması hərbi cinayət hesab olunur.
Ombudsmandan diversantlar məsələsinə REAKSİYA: “Onlar hərbi əsir deyil!” »  Anews.az Azərbaycan xəbər portalı
Ehtimal ki, Rusiya sülhməramlıları özlərinin məsuliyyət dairələrinə düşən ərazilərin mina xəritələrini almaq qayğısına vaxtında qalıblar və buna görə orada minatəmizləmə işləri daha sürətlə və az itki ilə gedir. Ancaq bilavasitə Azərbaycanın nəzarətinə qayıtmış ərazilər üçün eyni xəritələrin tələb olunması, nədənsə, Rusiyanın nəzərində “sülhməramlılıq missiyası” sayılmır.
 
Heç bir cinayət cəzasız qalmamalıdır. Amma siyasətin alver meydanına çevrildiyi dünyada bəzən iki ziyandan azını seçmək lazım gəlir.
 
Məncə, 10 noyabr tarixindən sonra yaxalanmış diversantların qaytarılması məsələsinə yalnız qarşı tərəf minaladığı ərazilərin xəritələrini verəcəyi halda baxıla biləcəyini elan etmək işə fayda gətirər. Bu, gələcəkdə əhəmiyyətli itkilərin qarşısını almaq, azad olunmuş ərazilərin bərpasını və köçkünlərin oraya qaytarılmasını sürətləndirmək üçün atılmış addım ola bilər.
 
Belə bağlılıq minalar probleminin beynəlxalq gündəmə çıxarılmasına kömək göstərəcək. Ermənistanın təqdimatı ilə Avropada “hərbi əsirlər” adlandırılan diversantların problemini qabardan diplomatlar minalar barədə məsələni də paralel müzakirə etməli olacaqlar. Onlara ya bu iki məsələni birgə çözmək, ya da BMT-nin daha bir toplantısını çağırıb, adı çəkilən Konvensiyanı ermənilərin xatirinə dəyişmək qalacaq.
Tarix: 18-03-2021, 22:25
Xəbəri paylaş





Xəbər lenti