"Ermənistanın Azərbaycandan gələn qaza ehtiyacı yoxdur”-Gözlənilən daşnak nankorluğu...



Azərbaycandan  keçən  qaz Ermənistana çatmamış daşnakların “minnətdarlığı" gəlib Bakıya çıxdı...
Adamın yadına 1988-ci ildə  dağıdıcı Spitak zəlzələsindən sonra Azərbaycan hökumətinin Ermənistana yardım  və xilasedici yolladığı türk təyyarəsi və onun vurulması düşür...
 
“Əlbəttə ki, razılaşma daha uzunmüddətli perspektivləri gözləmirsə, Ermənistanın üç həftə ərzində Azərbaycandan qaz idxalına ehtiyacı yoxdur. 
 
Moderator.az xəbər verir ki, bu fikiləri qəsbkar ölkənin “Daşnaksütyun” partiyasının iqtisadi tədqiqatlar bürosunun əməkdaşı, iqtisadçı Suren Parsyan öz “Facebook” səhifəsində yazıb.
 
“Ermənistanın üç həftəlik qaz ehtiyatları var. Ermənistana gələn qazın Azərbaycan ərazisindən keçməsi kimə sərf edir?
Qeyd etmək lazımdır ki, Abovyan qaz anbarında yığılan təbii qaz həcmləri üç həftədən çox müddətdə Ermənistanın daxili tələbatını ödəmək üçün kifayətdir. Yəni Ermənistanın üç həftə ərzində Azərbaycandan qaz idxal etməsinə ehtiyac olmayacaqdır. Əlbəttə ki, bu saziş daha uzunmüddətli perspektivlər güdmürsə...
 
Diqqətəlayiq haldır ki, hərbi vəziyyətdə olan ölkəmizin hökuməti bu qərara hələ heç bir cavab verməyib və həmin qərarın Ermənistanın maraqlarına nə dərəcədə uyğun olduğunu açıqlamayıb.
 
Nəticədə bu sövdələşmənin səbəbinin Türkiyə-Azərbaycan tandeminin, nəyin bahasına olursa-olsun, əldə etməyə çalışdığı Ermənistanın infrastrukturlarını açmaq adı altında suveren Naxçıvan-Azərbaycan yolunun güzəştə gedilməsi olduğunu düşünmək qalır”- deyə daşnak erməni məkrli fikirlərini tamamlayır.
Xatırladaq ki, martın 17-dən başlayaraq yaxın 3-4 həftə ərzində Rusiya qazı Ermənistana Azərbaycan üzərindən ötürüləcək. Bu barədə Rusiya mətbuatının yazdığına görə, qazın tranzitinə dair müqavilə martın 16-da SOCAR və “Qazprom Export” şirkəti arasında imzalanıb.
Məlumatda qeyd olunur ki, Rusiya tərəfi Gürcüstana qaz ötürən “Şimali Qafqaz - Zaqafqaziya” qaz kəmərində planlı təmir işləri həyata keçirməyə başlayıb. Buna görə də Ermənistandakı istehlakçılara qaz tədarükü Azərbaycan ərazisi ilə davam etdiriləcək. Müqaviləyə əsasən, sözügedən qaz kəmərinin Rusiya hissəsində aparılacaq planlı profilaktik təmir işləri zamanı qaz istehlakçılara Azərbaycan ərazisi ilə Gürcüstan sərhədinədək çatdırılacaq. Qeyd olunur ki, təmir işləri üç həftəyə yaxın davam edə bilər. İşlər bitdikdən sonra qazın nəqli əvvəlki marşrutla - Rusiya və Gürcüstan sərhədindən həyata keçiriləcək.
P.S. Azərbaycandan  keçən  Rusiya qazı Ermənistana çatmamış daşnakların “minnətdarlığı" gəlib Bakıya çıxdı... 
Adamın yadına 1988-ci ildə  dağıdıcı Spitak zəlzələsindən sonra Azərbaycan hökumətinin Ermənistana yardım  və xilasedici yolladığı türk təyyarəsi və onun vurulması düşür...
Tarix: 19-03-2021, 11:02
Xəbəri paylaş





Xəbər lenti