"Onları ora gətirən, çadır qurduran, quşları göstərən, bu proqramla məşğul olanlar kimdir?”



Xəbər verdiyimiz kimi Qax Dövlət Yasaqlığında - "Acınohur" deyilən ərazidə ərəb turistlərin ov düşərgəsi fəaliyyət göstərməsi müzakirələrə səbəb olub. Ərəb turistlər tərəfindən təşkil edilmiş və Azərbaycan qanunvericiliyinin bir sıra tələblərini pozan ov düşərgəsində cəmləşən şəxslərin təbiətə, heyvanat aləminə ciddi ziyan vurduqları iddia edilir. Ərəblərin bu cür özbaşınalığı isə bir neçə gündür ki, cəmiyyət tərəfindən də tənqid edilməkdədir. 

Moderator.az-a açıqlamasında məşhur tarzən Humay Qədimova ölkəmizə təşrif buyuran arzuolunmaz qonaqların ov etməsini sərt tənqdi edib:
 
“Dünyanın hər yerində turistlərin ov ilə bağlı leqal şəkildə icazəsi olur. Düşündürür, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ərəblərə burda ov üçün icazə verilməsi leqal şəkildədirsə, onda niyə bəs cərimələniblər? Əgər cərimələniblərsə, niyə bu kadrlara rast gəlmədik? O fotolarda ərəblərin maskasız ov turuna çıxması daha da cəmiyyət arasında qıcıq yaradır. Bəs onda dövlətin qoyduğu qanuna niyə ölkəmizə gələn turistlər riayət etmir? Onları ora gətirən, çadır qurduran, quşları göstərən bu proqramla məşğul olan adamlar kimdir?!”.
Tarix: 26-03-2021, 17:11
Xəbəri paylaş





Xəbər lenti