“Şuşanı geri qaytarmaq üçün 12 qrup işləyir... Bu, tamamilə realdır...”-T.Manaseryan




“Şuşanı geri qaytarmaq üçün 12 qrup işləyir... Bu, tamamilə realdır...”-T.Manaseryan
Real olan Azərbaycan ordusunun Şuşanı qəhrəmanlıqla azad etməsi və bu unikal əməliyyatın dünya hərb tarixinə yazılmasıdır...
 
“Arkadi Ter-Tadevosyanın qurduğu Vətəndaş Şurası gündən-günə genişlənir və bu proses davam edəcəkdir”.
 
Moderator.az xəbər verir ki, bu sözləri dünən jurnalistlərlə görüşdə bu günlərdə gəbərmiş  “meşə tülküsü” ləqəbli erməni general A.Ter-Tadevosyan tərəfindən Azərbaycan ordusunun Şuşanı işğaldan azad etməsindən sonra İrəvanda yaradılmış “Vətəndaş şura”sının üzvü, iqtisadçı Tatul Manaseryan söyləyib.
 
“Əminik ki, Şuşinin azad edilməsi olduqca realdır. Deyim ki, bunun üçün yalnız hərbi variant deyil, digər yollar da var. Amma bundan ötrü birlik lazımdır. Bu baxımdan Vətəndaş Şurasında hər biri öz imkanlarını səfərbər etmiş 12 qrup fəaliyyət göstərir vəbu  iş davam edəcək”-deyə T. Manaseryan vurğulayıb.
 
Xatırladaq ki, general A.Ter-Tadevosyan 1992-ci ildə Şuşanın işğalının əsas təşkilatçılarından olub.
 
P.S. Real olan Azərbaycan ordusunun Şuşanı qəhrəmanlıqla azad etməsi və bu unikal əməliyyatın dünya hərb tarixinə yazılmasıdır...

Tarix: 2-04-2021, 10:24
Xəbəri paylaş





Xəbər lenti